vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
09:53 | 24 yanvar 2014 | Cümə Məqaləyə 3143 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputat Əlibəylidən yazdı

«Ermənistan hələ də silahsız, dinc insanlara qarşı vəhşi cinayətlərindən əl çəkmək istəmir»

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu gün doğulduğum və millət vəkili olduğum Tovuz rayonunda Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozaraq 38 yaşlı Hüseynova Ruhiyyə Əhməd qızını yaralayıblar . Görünən odur ki, Ermənistan hələ də sivil, silahsız, dinc insanlara qarşı insanlıqdan kənar, vəhşi cinayətlərindən əl çəkmək niyyətində deyil.

Silahsız, sivil insanları, qadınları, uşaqları atəşə tutaraq öldürmək, ailələri gözüyaşlı qoymaq kimi insanlıqdan kənar əməllərindən və çirkli xislətdən əl çəkmək niyyətində deyil, təəssüf ki, Ermənistan 2 gündür Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq sivil, dinc insanları hədəfə alırlar. Bir az öncə də yenə atəşkəsi pozublar. Amma Tovuz rayonu istiqamətində ön cəbhəmizi qoruyan hərbiçilərimiz onların bütün təxribatı əməllərinə layiqli cavab vermək gücündədir və verirlər. Bir az əvvəl ön cəbhədə yerləşən Əlibəyli kəndimizin sakini olan Ruhiyyə bacımızla danışdım. Qəlpələr hər iki ayağını və diz qapağını ciddi zədələyib. Yaşadıqlarının şokundan yavaş-yavaş özünə gəlməyə başlayır. Keçmiş olsun diləklərimizi çatdırdım. Allah onu əzizlərinə və sevənlərinə bağışlayıb və ailəni gözüyaşlı qoymayıb və Ermənistan Silahlı Qüvvələrinin insanlıqdan kənar arzularını gözündə qoyub. Həkimlərlə də danışdım. Ruhiyyə bacımızın tezliklə sağlamlığına tam qovuşa bilməsi üçün əllərindən gələni edəcəklərini bildirdilər. İnşallah qıza zamanda sağlamlığına tez qovuşar. İnşallah dinc insanlara bu cür acılar yaşadan və torpaqlarımızı işğal edərək 1 milyon insanımızın evinə dönməsinə imkan verməyən Ermənistan layiqli cəzasını alar. Mütləq alacaq şəxsən mən buna əminəm. Amma onlara daha da ağır cəza Yaradanın verəcəyi cəza olacaq ki, bunu da artıq görürük. Bir özləri görə bilmirlər amma görəcəklər. Günahsız insanların qanı və ahı yerdə qala bilməz və qalmayacaq inşallah. Ruhiyyə bacımıza bir daha keçmiş oldun və Allah onu hər zaman qorusun. Bütün ön cəbhədə yaşayan insanlarımızı da! ATƏT-in Minsk qrupu həmsədrlərindən isə inanmıram ki, bir səs çıxsın. Onlar heç zaman işğalçı Ermənistanda ciddi təzyiqlər etmədilər. Etsəydilər bu gün Ruhiyyə bacımız kimi insanlar belə acılar yaşamazdılar. Amma inşallah biz özümüz bir dövlət və millət olaraq torpaqlarımızı işğaldan azad edəcəyik və bu istiqamətdə hamımız birlik, bərabərlik içində daha da çox çalışmalıyıq. Ön cəbhəmizi qoruyan bütün hərbiçilərimizi, əsgərlərimizi dualarınızda unutmayın.
Rəbbim onları qorusun!»