vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
14:52 | 24 sentyabr 2017 | Bazar Məqaləyə 2908 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Harda mümkündürsə, qadağan etməli»`

Almaniya da «burqalı sürücülər» 60 avro cərimə ödəyəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Independent» qəzetində dərc edilmiş məqalə müəyyən mənada bundan əvvəlki yazı ilə səsləşir. Almaniyada üzünü niqab və ya rübəndlə bağlayan qadınlara maşın sürmək qadağan edilib. Məqalədə deyilir ki, bu qadağan yeni yol-hərəkət qaydalarına edilən dəyişikliklərdən biridir. Qanun üzünü örtən bütün sürücüləri, məsələn maska geyinənləri nəzərdə tutur, lakin bir çoxları onun əsas etibarilə müsəlman qadınlara şamil olunacağını düşünürlər.

Söhbət ilk növbədə burqa və niqab geyinən müsəlman qadınlardan gedir.

Almaniya parlamentinin yuxari palatası Bundersratda qəbul edilmiş qanunda deyilir ki, «avtomobil sürücülərinin kimliyinin müəyyən edilməsi üçün onların üzlərinin açıq olması zəruridir».

Üzün qapalı olması sürət həddini aşma kimi yol-hərəkət qaydalarının pozulması zamanı polis üçün böyük çətinlik yaradır.

Bu qanunu pozan sürücülər 60 avro cərimə olunacaqlar.

Qanun yalnız saçları örtən baş örtüyü ilə maşın sürməyi qadağan etmir, lakin tənqidçilər bunun simvolik jest olduğunu deyirlər.

Almaniya Müsəlmanları Mərkəzi Şurasından Nurhan Soykan «Deutsche Welle» radiostansiyasına yeni qanunun ona ehtiyac olmadığı bir halda qəbul edilməsindən gileylənib.

«Biz niqab və ya burqa geyinən qadınların hər hansı yol qəzası törətdiyini eşitməmişik» - deyib Soykan.

Bu ilin əvvəllərində Almaniya parlamenti dövlət qulluğunda, ədliyyə və hərbiyyədə çalışan qadınlara üzü tamamilə örtən islami geyimləri qadağan edən qanunu dəstəkləyib.

Bu qanuna dəstək verənlərə kansler Angela Merkel də qoşulub və deyib ki, üzü tamamilə gizlədən rübəndlər bu ölkə üçün qeyri-məqbuldur.

Üstəlik xanım Merkel niqab, rübənd və burqanı «harda mümkündürsə qadağan etməyə» çağırıb.

Fevral ayında Bavariya ştatı üzü tam bağlayan islamı pərdələri məktəblərdə, universitetlərdə, seçki məntəqələrində və hökumət idarələrində qadağan edib.

Fransa, Belçika və Hollandiya da daxil, bir neçə ölkə bədəni tam örtən geyimləri yasaqlayıb.

«The Independent» yazır ki, Almaniyada qəbul edilmiş son yol hərəkəti qanununda isə həm də hərəkət vaxtı mobil telefonuna baxan sürücülər üçün ağır cərimələr nəzərdə tutulub.