Təxliyə səyləri dayandırılıb
Lvova endirilən raket zərbələri 6 can alıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Cəbhədə ehtiyaclar daim dəyişir”
Ukrayna PUA istehsalına hazırlaşır
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
-
Bir milad yazışması
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
-
Azərbaycanlı “Qurd”
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
-
Ukraynaya “ağıllı bombalar”
Müharibənin taleyini həll edəcək ikinci həmlə
Ukraynanın qərbindəki rəsmilərin bildirdiyinə görə, Rusiyanın təxminən iki ay əvvəl başlayan hərbi təcavüzünün dəhşətlərindən kənarda qalan Lvov şəhərinə bazar ertəsi raket zərbələri endirilib, azı altı nəfər ölüb.
Lvov vilayətinin qubernatoru Maksim Kozistki üç raketin hərbi infrastruktur obyektlərinə, digərinin isə avtomobil təkər təmiri sexinə düşdüyünü bildirib.
Ukraynanın digər yerlərində bazar ertəsi ardıcıl ikinci gündür ki, dinc əhalinin münaqişə bölgələrindən təxliyəsi səyləri dayandırılıb.
“Rusiya işğalçıları beynəlxalq humanitar hüququ pozaraq, humanitar dəhlizləri bağlamağı və atəşə tutmağı dayandırmayıb”, baş nazirin müavini İrina Vereşuk sosial mediada verdiyi açıqlamada yazıb.
Rusiyanın cənubda Mariupol şəhərindəki Ukrayna qüvvələrinin silahlarını təhvil verməsi üçün verdiyi müddət bitdiyi vaxt, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qüvvələrini Xarkovdakı yaşayış məhəllələrinə minaatan və artilleriya zərbələri endirməklə “qəsdən terror” törətməkdə günahlandırıb.
Zelenski bazar günü axşam saatlarında video ilə müraciətində Rusiyanın “yaxın gələcəkdə” şərqdə Donbas regionunda hücuma başlayacağını gözlədiyini deyib.
Qərbin hərbi rəsmiləri Rusiyanın son həftələr qüvvələrini Ukrayna paytaxtı Kiyev ətrafından və digər şimal bölgələrdən çəkməsini həmin qüvvələri ölkənin şərqinə toplayaraq, orada gücləndirməsi kimi qiymətləndirir.
Luqansk və Donetskin daxil olduğu Donbas bölgəsinin və cənubdakı liman şəhəri Mariupolu ələ keçirməsi Rusiyaya 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına gedən quru dəhlizinə nəzarət etmək imkanı verəcək.
Rusiya şəhərin daxili hissələrini nəzarətini ələ keçirdiyini bildirib və Mariupolda qalan döyüşçüləri təslim olmağa çağırıb. Mariupolun Azovstal polad zavodunda 2500 Ukrayna əsgərinin və 400 muzdlunun olduğu təxmin edilir.
Ukraynanın baş naziri Denis Şmihal bazar günü ABC telekanalının “Bu həftə” proqramında verdiyi müsahibəsində deyib ki, Mariupol “sona qədər döyüşəcək”.