vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:00 | 25 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2101 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan rəhbərliyi əsgərlərin ölməsində maraqlıdır

Ağdərədə daha iki erməni hərbçisi yaralandı, vəziyyətləri ağırdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın Ağdərə rayonu ərazisindəki Matagiz polkunda xidmət edən iki hərbçisi yaralanıb. Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri yazırlar.

Belə ki, «Laura» adlı «Facebook» istifadəçisinin qohumunun ağır yaralanması barədə xəbəri paylaşıb. Onun sözlərinə görə, Madagizdə yerləşən hərbi hissədə xidmət edən qohumu Narek Zarqaryanla digər hərbi qulluqçu Yura Hakopyan döyüş postunda olan zaman post komandiri tərəfindən təhqirlərə və alçaldıcı hərəkətlərə məruz qalıblar. Komandirin bu hərəkətlərinə etiraz edən hərbi qulluqçular güllələnərək ağır bədən xəsarəti ilə hospitala təxliyə ediliblər. Hazırda hər ikisinin vəziyyəti ağırdır.

Erməni sosial şəbəkə istifadəçiləri hiddətlə bildirirlər ki, bu, son vaxtlar orduda baş vermiş çoxsaylı insidentlərdən biridir. Və belə fikirlər var ki, hərbçilərin ölməsi və yaralanması ilə bağlı insidentlər Ermənistan rəhbərliyinin, hərbi komandanlığın marağındadır. Çünki komandanlıq bu kimi insidentlərdə yaralanan, ölən əsgərlərin Azərbaycan tərəfdən vurulduğunu bildirməklə vəziyyəti gərginləşdirməyə çalışır.