vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:21 | 27 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2292 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bərzanidən ilk hədə

«İraq rəhbərliyindən və qonşu ölkələrdən tələb edirəm...»

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq Kürd regional rəhbərliyinin lideri Məsud Bərzani ötən gün keçirilən referendumla əlaqədar İraq hökumətinə və qonşu ölkələrə müraciət ünvanlayıb. Bərzani referendumda kürd xalqının qələbə qazandığını deyərək, İraq hökuməti ilə dialoqa hazır olduqlarını bəyan edib.

«Yeni bir dönəm başladı. Bu, Kürdüstan xalqının qələbəsidir. Biz hamılıqla müstəqilliyə «hə», soyqırıma «yox» dedik. Bu səslər beynəlxalq qaydalara zidd deyil. Öz taleyimizi özümüz müəyyən etmək haqqına sahibik. İraq rəhbərliyindən və qonşu ölkələrdən tələb edirəm ki, yaşananları ciddi qəbul etsinlər. Dialoqa başlayaq. Bu, iki tərəf üçün ən doğru seçimdir. Xalqlar arasında gərginliyə yol verməməliyik».

Virtualaz.org Kürdüstanın Ən yüksək müstəqil seçki komissiyasının bir az əvvəl yaydığı son məlumatına istinadən bildirir ki, İraq Kürdüstanının müstəqilliyi lehinə 91,83 faiz seçici səs verib.

«3,44 milyon səsin hesablanmasının nəticəsinə görə, 91,83 faiz müsbət cavab verib. Mənfi cavablandıranlar 8,17 faiz olub», - deyə komissiyadan bildiriblər.