vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
14:28 | 27 sentyabr 2017 | Çərşənbə Məqaləyə 3213 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baş nazirin gecə yarısı əmri

«Büdcə zəhmətkeşlərini zorla pambığa aparmağı dayandırın!»

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistanda bu Orta Asiya ölkəsi üçün sensasion sayıla biləcək hadisə baş verib. Virtualaz.org xəbər verir ki, baş nazir Abdulla Aripov sentyabrın 21-də gecə yarısı iclas keçirərək büdcə təşkilatlarının işçilərinin, tələbələrin və məktəblilərin zorla pambıq yığımına aparılmasına son qoymağı əmr edib. Baş nazir hökumətin bu haqda avqustun əvvəllərində qəbul etdiyi əmrin «qeyd-şərtsiz yerinə yetirilməsini» tapşırıb.

Özbəkistanda pambıq yığımında qul əməyindən istifadə uzun illərdir ki, beynəlxalq təşkilatları ciddi narahat edir və onlar hökumətdən buna son qoymağı tələb edirlər. Lakin bu Orta Asiya ölkəsində büdcə zəhmətkeşlərinin, tələbələrin və orta məktəb şagirdlərinin hər il zorla pambıq yığımına cəlb edilməsi adi praktikadır.

Özbəkistan mənbələri xəbər verir ki, Aripovun çıxışından bir neçə sat sonra büdcə zəhmətkeşlərini və tələbələrini pamblq tarlalarına aparılan avtobuslar yoldan geri qayıdıb. «Bizi saat 3-də oyatdılar, dedilər ki, geri qayıdırıq. Saat 5-də biz artıq Navoyda idik, hazırda isə dərsdəyik»-pambıq yığımına cəlb edilmiş tələbə deyib.

«Azadlıq» radiosunun özbək xidmətinin bildirdiyinə görə bəziləri bu əmrin Avropadan Özbəkistanda qul əməyindən istifadəni yoxlamaq üçün gələnlərlə bağlılığını güman edirlər. Belə ki, cəmi bir gün əvvəl pambıq yığımına aparılmış tələbələr ertəsi gün geri qaytarılıblar.

Özbək-alman insan haqları forumunun rəhbəri Ümidə Niyazova hesab edir ki, qadağa BMT Baş Assambleyasının sessiyası zamanı Dünya Bankının prezidenti Cim Yen Kim Özbəkistan prezidenti Şövkət Mirziyayevlə görüşündə pambıq yığımında qul əməyindən istifadə məsələsini qaldırıb. Prezident insanların zorla pambıq yığımına cəlb edilməsinə son qoyacağını bildirib.