vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
16:44 | 27 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2391 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İstefa ərizəm hazırdır»

Ramazan Abdulatipov Dağıstanın rəhbəri vəzifəsindən gedir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən istefa haqqında ərizə verəcəyəm. Ehtimal ki, bu gün. Sonra nə? Əgər sağ və sağlam olacağamsa, harasa qayıdacağam. Məndə bu planda çox böyük maraqlar palitrası var», — deyə Ramazan Abdulatipov «Danışır Moskva» radiostansiyana müsahibəsində bildirib.

İstefanın əsas səbəbi kimi Ramazan Abdulatipov yaşını göstərib: «İstefanın səbəbi yaşdır, artıq 71-ə çatmışam. Mən düşünürəm ki, səbəb budur, çünki bütün qalan məsələlər üzrə respublika inkişafdadır, o, vaxtilə yaşadığı ağır böhrandan çıxarılıb».

 

***

 

13:20

Dağıstanın rəhbəri Ramazan Abdulatipov vəzifəsindən azad edilib.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, Abdulatipov təcili olaraq Rusiya Prezident Administrasiyasına çağırılıb və ona bir neçə yeni vəzifə təklif olunub.

«Bu, onun üçün gözlənilməz idi, heç kim bilmirdi. Abdulatipov səlahiyyət müddətinin sonuna qədər işləməyi planlaşdırırdı», - deyə region rəhbərinə yaxın olan mənbə «RBK»-ya bildirib.

Digər mənbə isə iddia edir ki, Ramazan Abdulatipov öz istəyi ilə işdən azad olunub və istefa ərizəsi yazıb.

Yeri gəlmişkən, «RBK» Kremldəki mənbələrinə istinadən hələ bir müddət əvvəl bildirmişdi ki, onlarda təxminən 10 regionun başçısının mümkün istefası haqqında məlumat var.