vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
19:53 | 27 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2098 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın Şimali Koreya strategiyası...

Qərb mətbuatı tənqid edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlərdə ABŞ və Şimali Koreya arasında gərginlik ölkəni birinci şəxslərinin öz ağzından çıxan söz dueli şəklində davam edir. Tramp BMT-dəki çıxışında və «twit»lərində Pxenyan rejiminin sona çatdığını söyləyir. Şimali Koreya isə cavabında bunu müharibə elanı kimi qəbul edərək ABŞ-ın bütün hərbi təyyarələrini vuracağını bildirir.

«The New York Times» qəzetinin yazdığına görə, Şimali Koreya sonuncu dəfə 1969-cu ildə ABŞ-ın hərbi təyyarəsini vurub. Həmin təyyarədə 31 nəfərlik heyətdən heç kim sağ qalmayıb. Qəzetin yazdığına əsasən, Pxenyanın indiki məqamda hərbi təyyarəni vurmaq imkanları məhdud olsa da, ən azı təhdiddən çəkinməməsi silahlı münaqişəyə doğru atılan addımdır.

«Tramp öz «twit»ində irəli gedərək hərbi hücumlarla deyil, adi hədələr yolu ilə bir ölkəni yer üzündən siləcəyini düşünür. Bunun ABŞ prezidenti üçün səciyyəvi sayılan əsəb partlaması, yoxsa həqiqətən Şimali Koreyanı qorxutmaq strategiyasımı olduğunu heç müşavirləri də bilmir», - məqalədə qeyd olunur.

«Şimali koreyalıları qorxutmaq çətindir. Lakin onlar ABŞ prezidentinin belə şeylər söylədiyinə hələ alışmayıblar. Bu insanlar öz liderlərinə hücum edildiyi zaman onu ustalıqla dəf etməyi bacarırlar»,- məqalədə ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Evans Revirdən sitat gətirilib.

«Bu gün ABŞ və Şimali Koreya liderlərinin sərf etdiyi sözlərdən daha sərt və təhlükəli ritorika təsəvvür etmək çətindir», - Cerald Seyb «The Wall Street Journal»-da yazır.

Müəllifin fikrincə, ABŞ bu seçimlə ya total savaşa girməli, ya da Pxenyanın nüvə silahı sahəsində tərəqqisini qəbul etməlidir.

Məqalədə müxtəlif ekspertlərin fikirlərinə istinad olunaraq alternativ yolların olduğu qeyd edilib.

Bunların başında «iqtisadi boğma» siyasəti gəlir.

Müəllif bununla bağlı olaraq ABŞ hərbi donanmasının Şimali Koreyanın suları yaxınlığında patrul vəzifəsini yerinə yetirərək həmin ölkənin limanlarına mal gətirilməsinin qarşısını ala bilə biləcəyini düşünür.

İkincisi «qeyri-konvensional müharibə» deyilən taktikadır. Burada söhbət Şimali Koreyaya kiber hücumlar təşkil edilərək onun raket-nüvə proqramına mane olunmasından gedir.

Nəhayət, «intensivləşdirilmiş diplomatiya». Obama dövrünün müdafiə nazirinin müavini olmuş Mişel Flornonun məqalə müəflinə bildirdiyinə görə, Şimali Koreyaya edilən təzyiqlər əvvəl-axır harasa gedib çıxmalıdır. Flornonun fikrincə, bu «harasa» Şimali Koreyanın nüvə proqramını dondurulmasına yönəlik diplomatiyadan başqa bir şey deyil.

«Geopolitikada hərbi manevrlərlə konfrontasiya mərhələsindən BMT-dəki təhqirlər mübadiləsi mərhələsinə keçilməsi əslində gərginliyin azalması anlamına gəlməlidir», - «Le Figaro» qəzetindən Reno Jirar qeyd edir.

Müəllif yaranmış situasiyada kiçik Corc Buş administrasiyasını günahlandırıb.

«2002-ci ildə Corc Buş Şimali Koreyanı İran və Suriya ilə birlikdə «şər oxu»na daxil etmişdi. Lakin sonradan hədəf seçimində yanlışlığa yol verildi. Guya «kütləvi qırğın silahlarına qarşı mübarizə bəhanəsi ilə neomühafizəkarlar Şimali Koreyaya deyil, İraqa daxil olmaqda israr etdilər. Halbuki bu tip silahlardan heç biri İraqda yox idi. Əvəzində isə qarşılarında atom bombasına malik və hərbi metodlarla hərəkət etməyə hazır Pxenyanı gördülər»,- müəllif yazır.

Reno Jirarın fikrincə, Amerikanın əlində situasiyanı düzəltməklə bağlı rıçaqlar çoxdur. Bunlardan biri iqtisadi cəhətdən Çini sıxaraq onu Şimali Koreyaya təsir göstərməyə məcbur etməkdir. İkincisi isə vaxtilə Ronald Reyqan tərəfindən irəli sürülən »ulduz müharibələri» konsepsiyasına uyğun olaraq geostasionar peyklər vasitəsilə Şimali Koreya raketlərini uçuş anında zərərsizləşdirməkdən ibarətdir.