Putinin iki istəyi vardı
Ərdoğan hər ikisini təmin etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
-
Bir milad yazışması
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
-
Azərbaycanlı “Qurd”
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
Putinin Ankaraya səfərinin iki əsas məqsədi var idi. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ankaraya səfərini şərh edən politoloq Elxan Şahinoğlu qeyd edib. «Birincisi, Putin Rusiya qazını Türkiyə üzərindən Cənubi Avropaya çatdıracaq «Türk axını» boru xəttinin tikintisinin vaxtında başa catacağına dair Ərdoğandan təminat almaq istəyirdi və həmin təminat Kreml sahibinə verildi.
İkincisi, Putin Rusiyanın Türkiyədə atom elektrik stansiyasını vaxt itirmədən tikintisinə başlamasında maraqlıdır. Bu saziş Rusiyaya on milyardlarla dollar gəlir gətirəcək», - politoloq bildirib.
Siyasi təhlilçi Ərdoğanın da Putinlə görüşdən qazanclı çıxdığını vurğulayıb: «Rusiyanın «S-400» raketlərinin Türkiyəyə çatdırılması prosesinə başlanılıb. Bu həm Türkiyə, həm də Rusiya üçün vacib anlaşmadır. Türkiyə Qərb ölkələrindən ala bilmədiyi müasir raketlərə sahib olur, Rusiya isə tarixində ilk dəfə NATO-ya üzv olan dövlətə hərbi texnika satmaqla beynəlxalq aləmdə silah istehsalçısı kimi imicini gücləndirir.
Nəhayət ki, Rusiya öz bazarını Türkiyə pomidorları üçün açdı. Bu, məşhur təyyarə olayından sonra iki ölkə arasındakı münasibətlərdə həll olunmayan yeganə məsələ idi».
E.Şahinoğlunun sözlərinə görə, Türkiyə və Rusiya prezidentlərinin Suriyadakı vəziyyətə baxışı da bir-birinə yaxındır: «Hər iki dövlət Suriyada əməkdaşlıq edir, bir-birlərinin maraqlarına zidd addım atmırlar. Putinin Ankaraya səfəri zamanı sadəcə bir məsələ müəmmalı qaldı. Putin və ondan əvvəl Rusiya XİN-i Şimalı İraqdakı referendumla bağlı İraqın ərazi bütövlüyünü dəstəklədiklərini açıqlamışdılar. Ancaq Putin və Rusiya XİN bu məsələyə bir cümlə ilə münasibət bildiriblər.
Putin Ankarada Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab vermədi. Halbuki Ərdoğan suallara cavab verməyə hazır idi. Görünür, Putin türkiyəli jurnalistlərin ona Şimali İraqdakı referendum və kürdlərin lideri Məsud Bərzani ilə bağlı sual verəcəklərini anladığından mətbuat konfransında sadəcə bu mövzuda bir cümləlik açıqlama ilə kifayətləndi. Bu da ondan irəli gəlir ki, Putin Kürdüstan mövzusunda tərəfdaşları İraq, Türkiyə və İranın maraqlarına toxunmaq istəməsə də, müxtəlif kürd qruplaşmalara qarşı kəskin fikir də söyləmək istəmir. Putinin həmin qruplara gizli simpatiyası var».
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 28-də Ankaraya bir günlük səfər edərək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.