ABŞ Ukraynaya ölümcül silahlar verəcəkmi?
Ortaya daha böyük kartlar qoyulub; Vaşinqtonun cəsarətli addımı MDB-ni Moskvanın inhisarından çıxara bilər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
Rusiya 2014-cü ildə Ukraynanın torpaqlarını işğal etdikdən sonra ABŞ Moskvaya tətbiq etdiyi sanksiyalarla bərabər Ukrayna ordusuna müxtəlif dərəcələrdə yardım göstərir. Bununla bağlı Ukrayna ordusuna strateji və taktiki səviyyədə islahatların aparılmasına dəstək, habelə Ukrayna əsgərlərinin hazırlanması, o cümlədən hərbi texnika ilə təchiz edilməsi üçün 750 milyon dollarlıq proqram işlənib hazırlanıb. Lakin Ukrayna ordusuna verilən silahlar hücum və öldürücü xarakterli olmayıb, əsasən köməkçi və özünümüdafiə xarakteri daşıyır.
ABŞ-ın «Christian Science Monitor» qəzetinin yazarı Ceyson Tomsonun yazdığına görə, Vaşinqtonda küləklər dəyişib, indi burada Ukraynaya tam hərbi dəstək verilməsinin zərurəti barədə səslərin sayı çoxalıb. Maraqlıdır ki, Rusiya ilə yaxınlıq ittihamlarına rəğmən Ukraynaya ölümcül silah verilməsi təklifinə qəti surətdə qarşı gələn Tramp deyil, rusların özlərinə düşmən saydığı Obama administrasiyası olub. Bu planın əleyhinə çıxanlar ABŞ-ın belə bir addımla münaqişəni daha da alovlandıracağı düşüncəsindədirlər.
«Nyu York şəhər kolleci»nin professoru, politoloq Racan Menonun fikrincə, Obama administrasiyası ABŞ-dan 9600 km aralıda yerləşən və Rusiya ilə 2000 km sərhəd uzunluğuna malik Ukraynaya bu cür silahların verilməsini mənasız və təhlükəli hesab edib. Lakin Tramp administrasiyasında məsələni əks yöndən həllini fikirləşənlərin sayı çoxdur. Onlar Moskvanın aqressiv siyasətinə eyni metodlarla cavab verilməsinin tərəfdarıdırlar.
Bu yaxınlarda Kiyevdə kameraların qarşısına keçən ABŞ müdafiə naziri Ceyms Mattis ölümcül silahların heç bir eskalasiyaya yol açmayacağını bildirib: «Müdafiə xarakterli silahların təcavüzkar olmayan dövlətin əlində olmasının ziyanı yoxdur. Ukrayna isə nəinki təcavüzkar deyil, hətta öz ərazisində xarici işğalçıya qarşı mübarizə aparır».
«Biz ukraynalıları silahlandırmağa çox yaxınıq», - ABŞ-ın mühafizəkar Heritage Foundation təşkilatının nəzdində «Ellison xarici siyasi araşdırmalar mərkəzi»nin direktoru Lyuk Koffi qeyd edib. «Lakin administrasiya bilməlidir ki, bu panaseya (hər bir dərdə əlac olan dərman - red.) deyil. Silah sadəcə Rusiyanın təcavüzünə qarşı mübarizə üsullarından biridir», - Koffi əlavə edib.
Ceyson Tomsonun məqaləsində ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin 2018-ci il büdcə ilində müdafiə xərcləri haqqında qanun layihəsini qəbul etdiyi qeyd olunur. Həmin layihəyə görə, Vaşinqton ölümcül silahlar da daxil olmaqla Ukraynaya 500 milyon dollar məbləğində hərbi yardım göstərməlidir.
Əlbəttə, burada söhbət tankların və ya hərbi təyyarələrin verilməsindən getmir. Ekspertlərin rəyinə görə, layihədə rusların da olduqca çəkindiyi, dünyada tank əleyhinə ən yaxşı vasitə sayılan «Javelin» (Cavelin oxunur - red.) raket kompleksinin verilməsi nəzərdə tutulur.
Özü də bu kompleks məhz müdafiə xarakteri daşıyır.
«Əgər biz ukraynalıları «Javelin» kimi silahlarla təchiz etsək Ukrayna ordusu başını alıb Moskvaya doğru üz tutan deyil», - əvvəllər ABŞ-ın Ukraynadakı səfiri olmuş, hazırda Brukinqs institutunun böyük elmi işçisi Steven Payfer qeyd edib. Payferin sözlərinə görə, ukraynalılar özləri də yalnız «Javelin»lərlə nə ruslara qalib gələcəyini, nə də onları Donbasdan qovacaqlarına inanırlar.
Beləliklə, «Javelin»lərin verilməsində əsas məqsəd ukraynalıların müdafiə qabiliyyətlərinin möhkəmləndirilməsindən ibarətdir.
«Ruslar Ukraynada verilən itkilərə olduqca həssas yanaşırlar. Bu silah isə düşmənə kütləvi tələfat verməyə qadirdir», - əvvəllər ABŞ-ın Avropadakı qüvvələrinin baş komandanının baş müşaviri işləmiş, hazırda Atlantika şurasının elmi əməkdaşı Evelin Farkas qeyd edir.
«Əsas siyasi dəyər Qərbin Ukraynaya arxa çıxmasından ibarətdir», - ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələri üzrə köməkçisi Lora Kuper qeyd edir.
Qərb analitiklərinin fikrincə, Rusiya mövcud dünya düzəninə qarşı bir çox cəbhələrdə savaş açıb. Onların qənaətinə əsasən, 2008-ci ildə Rusiyanın Gürcüstan torpaqlarını işğal etməsinə edilən gözyummalar 2014-cü ildə Ukraynadakı vəziyyətə gətirib çıxarıb. «İndi Moskvanın harada duracağını bilən yoxdur», - məqalədə qeyd olunur.
Ukraynaya silah verilməsinə qarşı çıxanların arqumenti də bundan ibarətdir. «Əsas problem Putinin Ukrayna ilə Qərb və ABŞ-dan daha çox maraqlanması ilə bağlıdır. Buna görə də, o, heç bir xərc, maddi-texniki yardımdan çəkinməyəcək», - 2014-2017-ci illərdə Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru işləmiş, Çarlz Kupçan məqalə müəllifinə bildirib.
Qarşı tərəfin cavabı olduqca sadədir: «Ruslar onsuz da Ukraynanın şərqini ağla gələn bütün silahlarla doldurub». «Rusiya orada təpədən dırnağa qədər silahlanan ordu saxlayır. Onların bir nüvə silahı çatışmır. Bundan başqa nə olmalıdır ki...», Lyuk Koffi ritorik sualla əks arqument gətirir.
Hər halda, ekspertlərin gəldiyi ümumi rəyə görə, ABŞ-ın Ukraynaya edəcəyi tam həcmli hərbi yardım MDB məkanında bir çox məsələləri kökündən dəyişdirməyə qadir, cəsarətli addım sayılacaq.