vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
00:14 | 2 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2608 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanda korrupsiya qalmaqalı

Xaçaturovla bağlı cinayət işi açıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın Baş Prokurorluğunda Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə bağlı mətbuatda yayılan məlumatlar əsasında araşdırma aparılır. Bu barədə prokurorluğun ictimai əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, baş prokuror Artur Davtyana mətbuatda dərc olunan xəbərlərlə bağlı sual ünvanlanıb. Suallar Ermənistan silahlı qüvvələrinin sabiq Baş Qərargah rəisi, hazırda KTMT baş katibi olan Yuri Xaçaturov tərəfindən qanunsuz mənimsəmələrə himayədarlıq edilməsi, ikincisi Ermənistanın Müdafiə Nazirliyinin «arxa cəbhə» idarəsinin rəisi Norayr Yolçyanın 3.5 milyon dəyərində mənzil və 600 min ABŞ dolları dəyərində lift alması, üçüncüsü isə təkrarən Yuri Xaçaturovun korrupsiya faktları ilə bağlı olub.

Məlum olub ki, Müdafiə Nazirliyində korrupsiya və mənimsəmə faktları ilə bağlı açılan cinayət işləri çərçivəsində Xaçaturov və digərlərinin korrupsiya əməllərinə dair faktlar araşdırılır.

Rəsmi qurumlar araşdırmalarla bağlı məlumatları mətbuatdan gizli saxlamağa çalışırlar. (azvision.az)