vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:05 | 2 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 1227 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizim gücümüz birliyimizdədir»

Vygaudas Uşaçkas: «Putin getməyincə Rusiya-Avropa münasibətləri düzəlməyəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqının Moskvadakı səfiri «The Observer» qəzetində yazır ki, Rusiya və Aİ arasındakı münasibətlər «dərin və kəskin» böhran içindədir və prezident Vladimir Putin vəzifəsindən getməyincə və nəticədə Ukraynadakı münaqişə çözülməyincə yaxşılaşmayacaq.

Bu iki hadisə, Aİ-nin Moskvada missiyasını başa çatdıran səfirinin sözləri ilə deyilsə, çox da yaxın vaxtda baş verməyə bilər.

İttifaqın 2013-cü ildən bəri Moskvada səfiri olan Vygaudas Uşaçkas deyib ki, Aİ Kiyevi tamamilə Moskvanın nəzarətinə çəkməyə çalışan Rusiyanın bu səylərinə son qoymaq istəyirsə, Ukraynanın yolunu açaraq onun ittifaq üzvü olmasına imkan verməlidir.

«Mən öz postumu tərk edərkən bildirirəm ki, bizim Rusiya ilə yaxın gələcəkdə normal partnyorluğumuzun ola biləcəyinə bədbin yanaşıram, - yazıb Uşaçkas oktyabrın 1-də Observer qəzetində dərc edilmiş açıq məktubunda, - Bizim aramızdakı fikir ixtilafı nəhəngdir və Avropanın təhlükəsizlik prinsipləri üçün təhlükə yaradır».

Səfir məktubunda Rusiya tərəfindən demokratiyanın «təməl Avropa dəyərlərinə», söz azadlığına və qanunun aliliyinə artan hücumlardan təfərrüatı ilə yazır və bildirir ki, Kremlin idarəçilik aparatının bütün diqqəti Putinin 2018-ci ildə yenidən prezident edilməsi üzərində cəmləşib. Səfir yazır ki, Kreml bunu ətraf dünyaya «rəvan və qanuni» proses kimi təqdim etmək istəyindədir.

«Bunun ardınca başlanan yeni altı illik prezidentlik dövründə, belə görünür ki, Moskva ilə Qərb arasında qarşıdurma davam edəcək», - yazır səfir. Onun fikrincə Rusiya həmin dövrdə də Avropa daxilindəki fikir ayrılıqlarından ona zərbə vurmaq üçün istifadə edəcək.

Diplomatın qənaətinə görə, Rusiya Qərbdəki seçkiləri və siyasətləri təbliğat vasitəsilə təsirləndirə bilir, lakin həm də Aİ-ni parçalamaq üçün biznes sazişlərindən faydalanmağa çalışır.

Məktubda deyilir ki, Moskva Avropada Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxan ölkələri mükafatlandırır.

«Bizim gücümüz birliyimizdədir. Rusiya Aİ modelini gözdən və hörmətdən salmaq üçün məhz bizim aramızdakı ixtilaflardan faydalanır», - yazır Uşaçkas.

Diplomatın fikrincə, Aİ-yə üzv ölkələr özlərini qorumaq üçün kifayət qədər çalışmırlar. Bundan istifadə edən Rusiya özünün Şimal Axını 2 qaz kəmərini həyata keçirir. Halbuki bu kəmər, Rusiyanın enerji asılılığından azad olmağa çalışdığını deyən Aİ-ni Moskvanın asılılığına daha dərindən salacaq.

Uşaçkas yazır ki, Avropa səylərini Brexit prosesinin və qaçqın böhranının həllinə yönəltməlidir, çünki Rusiya bu iki problemdən fürsətlənməyə çalışır.

Səfir qeyd edir ki, bir də Avropa liderləri Rusiya tərəfindən hücuma məruz qalan insan hüquqlarının müdafiəsinə qalxmalıdır.

«Bir sovet dissidenti və aparıcı insan haqları müdafiəçisi kimi Lüdmila Alekseyeva mənə bu yaxınlarda demişdi: «Lütfən Brüsselə deyin ki, rus xalqını tək qoymasın»».

Uşaçkas bu qənaətdədir ki, Moskva bundan sonra da Ukrayna və Gürcüstan üzərində daha böyük nəzarətə malik olmaq istəyəcək.

«Rusiya öz qonşularının suverenlik və ərazi bütövlüyünə yalnız o zaman hörmət edir ki, həmin ölkələrin geosiyasi seçimi Moskvanın maraqları ilə üst-üstə düşsün», - yazır səfir.

Diplomat Avropa İttifaqını Ukraynada sülh prosesinə dair danışıqları intensivləşdirməyə və bu ölkəyə özünün xüsusi səfirini təyin etməyə çağırır. ABŞ Ukraynada artıq öz xüsusi səfirinə malikdir.

«Biz Ukraynada münaqişəyə son qoyulması üçün səylərimizi artırmalıyıq, çünki əks halda münasibətlərin normallaşdırılması çətin olaraq qalacaq», - yazır Uşaçkas .

Səfirin fikrincə, münaqişəyə son qoyulmasının yollarından biri də Aİ-nin qapılarını üzvlük üçün Ukraynanın qarşısında açmaqdır.

Diplomat yazır ki, məhz bu, Rusiyaya Aİ-nin Ukrayna və Gürcüstan demokratiyalarına sadiqliyini nümayiş etdirər. Belə bir mövqe Ukrayna və Gürcüstanı da islahatları daha ürəklə həyata keçirməyə ürəkləndirər.

Uşaçkasın fikrincə Aİ Rusiyaya göstərməlidir ki, «Avropaya gedən yol Kiyevdən və onun Avropa seçiminə hörmətdən keçir».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *