vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
11:22 | 2 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2439 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ «gizli kanalla» Pxenyanla danışırmış

ABŞ bundan gərginliyi azaltmaq üçün istifadə edir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Sunday Telegraph» dövlət katibi Reks Tillersona istinadən yazır ki, ABŞ Şimali Koreya rejimi ilə birbaşa kommunikasiyadadır. Cənab Tillerson bu bəyanatı şənbə günü Pekində Çin liderləri ilə danışıqlardan sonra verib.

Məqalədə deyilir ki, Vaşinqtonun ABŞ vətəndaşı olan girovların azad edilməsi üçün məxfi kanallardan istifadə etməsi kimi bir praktikanın olması çoxdan məlumdur.

Lakin cənab Tillersonun açıqlamalarından belə çıxır ki, ABŞ rəsmiləri gizli danışıqlardan Pxenyanı həm də rəsmi danışıqlara sövq etmək və gərginliyi azaltmaq üçün istifadə edir.

«Biz çalışırıq ki, vəziyyətə nəzarət edək - deyib dövlət katibi, - Bizim Pxenyanla kommunikasiya xətlərimiz var. Biz tamamilə kor vəziyyətdə deyilik. Bizim Pxenyanla iki-üç açıq kanalımız var. Biz onlarla danışa bilirik və biz onlarla danışırıq».

Bu məsələdə Çinin vasitəçi olub-olmadığı barədə suala Tillerson «öz kanallarımız var» cavabını verib.

Bəzi xəbərlərə görə Şimali Koreya raketlərini tədqiqat mərkəzindən çıxarıb. Bu isə o deməkdir ki, yeni təxribat hər an baş verə bilər.

Tillersonun Pekinə səfəri zamanı həm də Donald Trampın noyabr ayı üçün nəzərdə tutulmuş Çin səfərinin və prezident Si Tszinpin ilə görüşünün təfərrüatları müzakirə olunub.

Tramp və Si Tszinpin bundan əvvəl apreldə Floridada, iyulda isə Hamburqda keçirilən G20 sammitində görüşüblər.

«The Sunday Telegraph» yazır ki, Pekin ABŞ və Pxenyanın birbaşa danışıqlara başlaması üçün səylər göstərir.

Çinin «Global Times» qəzeti yazıb ki, Pxenyanın getdikcə artan təxribatlarına «iki fikir qatarı» var. Onlardan biri «Şimali Koreyanı əz», ikincisi isə «Şimali Koreya ilə danış»dır.

«Çin və Rusiya ikinci qatardadır», - yazır qəzet, - «ABŞ, Yaponiya və Cənubi Koreya Pxenyana Rusiya və Çinin təmkinli yanaşma mövqeyinə hörmət etməli, böhranla bağlı Çin və Rusiya ilə əlaqədə tədbir görməlidirlər».