vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
23:42 | 3 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2393 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AYİB Rusiyadakı 5 ofisini bağlayacaq

Moskva Avropa Bankının ən mənfəətli bazarını itirməsindən təəssüflənir

MÖVZU İLƏ ƏLAQƏLİ

Londonda mənzillənmiş Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Rusiya üzərinə qoyulmuş yeni investisiyalar qadağanı ilə əlaqədar gələn il bu ölkədəki beş filialını bağlayacağını bəyan edib.

AYİB-in sözçüsü Conatan Çarlz (Jonathan Charles) oktyabrın 3-də bildirib ki, 2018-ci ilin birinci rübündə Yekaterinburq, Krasnoyarsk, Rostov, Vladivostok və Samaradakı kiçik ofislər bağlanacaq.

Moskva və Sankt Peterburqdakı filiallar fəaliyyətini davam etdirəcək.

AYİB Rusiyanın 2014-cü ildə Krım yarımadasını qanunsuz ilhaq etdiyinə, habelə Moskvanın Ukraynanın şərqindəki münaqişəyə müdaxiləsinə görə Rusiyaya kreditlərin ayrılmasını dondurub.

Ötən may ayında qadağanın qaldırılmasına dair ricası direktorlar şurası tərəfindən rədd edildikdən sonra Moskva AYİB-i Qərb siyasətinin əlində «alət» olmaqda ittiham etmişdi.

Bu qadağaya baxmayaraq bank hələ də Rusiyaya ayrılmış 3 milyard dollar həcmində investisiyaların idarə edilməsini həyata keçirir.

2014-cü il Ukrayna böhranından əvvəl bankın Rusiyadakı 7 bölməsində 160 nəfər çalışırdı. O vaxtdan bəri bunların yarısı ya bankın daxilində başqa yerlərə keçirilib, ya da ümumiyyətlə vəzifəsini tərk edib.

Rusiyanın AYİB-in Londondakı qərargahında nümayəndəsi olan Denis Morozov deyib ki, o bankın «Rusiyanı, yəni özünün ən mənfəətli bazarını itirməsindən təəssüflənir».

Nümayəndə bunu da əlavə edib ki, o, bankın «Rusiyanı daha yaxşı yerə çevirmək məqsədilə öz üzərinə götürdüyü mandatdan imtina etməsindən məyusdur».

1991-ci ildə Dəmir pərdənin qalxmasından sonra yaradılmış AYİB keçmiş sovet respublikalarına və keçmiş sosialist bloku ölkələrinə milyardlarla dollar kredit yardımı göstərib. Hazırda bankın 30 ölkədə investisiyaları və ticarət qarantiyaları var.

AYİB-in ən böyük sərmayəçiləri G7 qrupunun üzvləri olan Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və Birləşmiş Ştatlardır.