vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
11:06 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 1900 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kral xalqa müraciət etdi

VI Filipp Kataloniyada keçirilən referendumu tanımadı

MÖVZU İLƏ ƏLAQƏLİ

İspaniya kralı VI Filipp Kataloniyada keçirilən referendumu tanımayıb. «El Pais» xəbər verir ki, referendumdan iki gün sonra televiziyada çıxış edən kral muxtariyyət ərazisindəki səsvermələri tanımadığını deyib. Onun sözlərinə görə, Kataloniya generaliteti (hökuməti) qanunsuz referendum keçirib və öz hərəkətləri ilə İspaniyanın vahidliyini dağıtmaq məqsədilə demokratik prinsipləri pozub.

«Onlar qaydaları müntəzəm pozaraq qərarlar qəbul etdilər, ölkə hakimiyyətinə Kataloniyada bəslənilən nifrəti göstərdilər», - deyə kral vurğulayıb.

VI Filipp əlavə edib ki, muxtariyyət hakimiyyəti İspaniya konstitusiyasını və Kataloniyanın muxtariyyəti haqqında qanunu pozub.

Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada İspaniyadan ayrılmaq barədə referendum keçirilib. İspaniya hökumətinin qarşı çıxdığı referendum zamanı polislə toqquşmalar zamanı 800-dən çox adam yaralanıb.