vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TÜRK DÜNYASI  
12:46 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2991 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Muxtar vilayət olmaq istəyirik»

Şimali Kipr xarici işlər nazirindən sensasion açıqlama

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bundan sonra federasiya deyil, konfederasiya əsasında müzakirələri qəbul edəcəyik». «Haber7» xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Şimal Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu bildirib.

Kiprin yunan hissəsi ilə birləşməyə dair uğursuz danışıqlardan sonra o, ilk dəfə ABŞ səfər edib. T.Ərtoğruloğlu Nyu-Yorkda və Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşüb. O, daha sonra Beynəlxalq Respublikaçılar İnstitutunda ABŞ şirkətləri və düşüncə mərkəzləri təmsilçilərinin iştirakı keçirilən «dəyirmi masa»da iştirak edib.

T.Ərtoğruloğlu son danışıqlarla bağlı bunları söyləyib: «BMT-də bunlar dedik: bundan sonra keçiriləcək müzakirələr ancaq dövlətlə dövlət arasında ola bilər. Hədəf federasiya deyil, konfederasiyadır. Bizim üçün federasiya seçimi olub. Bizimlə danışıqları beynəlxalq vasitəçilərin iştirakı ilə keçirmək istəyirik. Bizimlə danışmaq istəmirlərsə, bizim də artıq vaxtımız yoxdur».

«Uğursuz müzakirələrdən sonra kıprli türklər hansı yolu tutacaq» sualına cavab verən T.Ərtoğruloğlu deyib ki, Türkiyəyə bağlı muxtar bir respublika olmaq seçimini dəyərləndirəcəklər: «Artıq beynəlxalq səviyyədə tanınmaq istiqamətində fəaliyyətə başlamalıyıq. İndiyədək bundan imtina etmişik. Bundan sonra Şimali Kirp Türk Respublikasının tanınması ilə məşğul olacağıq. İkinci seçim isə Fransa-Monako, İngiltərə-Cəbəlüttariq modeli kimi muxtar respublika olmaq məsələsidir. Başqa sözlə xarici işlər və müdafiə sahəsində funksiyalarımızı Türkiyəyə verib, başqa sahələri özümüz icra edəcəyik. Hələlik bu məsələlərlə bağlı heç bir qərar verməmişik. Ankara ilə bu məsələləri müzakirə etdikdən sonra qərar verəcəyik».