vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
13:37 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 1862 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycanda bütün azadlıqlar qorunur»

İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün, oktyabrın 4-ü prezident İlham Əliyev Avropa İttifaqı (AB) Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Uolter Stivensin (Walter Stevens) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqların tərkibinə 28 üzv dövlətin nümayəndələri daxildir.

AzərTAc-ın xəbərinə görə, prezident İ.Əliyev çıxışında Dağlıq Qarabağ mövzusuna toxunub. O deyib ki, Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlət başçısı quruma üzv ölkələrlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini bildirib. O, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu vurğulayıb.

Prezident İ.Əliyev daha sonra deyib ki, son illərdə Azərbaycan iqtisadiyyatı bir sıra nailiyyətlər əldə edib. Azərbaycan irimiqyaslı enerji və nəqliyyat layihələrini icra edir.

Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal rol oynadığını da qeyd edib. Prezident vurğulayıb ki, Azərbaycanda demokratiya və bütün azadlıqlar təmin olunur.

Sonra Avropa İttifaqı Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri U.Stivens, qurumun Brüsseldə akkreditə olunmuş Fransa, Bolqarıstan, Almaniyadan olan səfirləri çıxış etdilər.

Qeyd edək ki, AB Şurasının nümayəndələri Azərbaycana dünən (oktyabrın 3-ü) gəliblər.

Xatırladaq ki, Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.