vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
19:29 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 3151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aktivlik 8 bal qiymətləndirilir

Bakının bu hissəsində seysmik təhlükə artdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakı şəhəri Səbayel rayonunda seysmik təhlükə səviyyəsi yüksəkdir». «Report» xəbər verir ki, bunu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli deyib.

Onun sözlərinə görə, Səbayel rayonunda ehtimal olunan seysmik təhlükə 12 ballıq şkala üzrə 8 bal qiymətləndirilir: «Rayonun bəzi ərazilərində seysmik təhlükənin səviyyəsi 9 bala qədər yüksəlir, həmin ərazilərdə qrunt suları vəziyyəti pisləşdirir. Rayonun Bayıl hissəsində tez-tez torpaq sürüşməsi olur. Güclü zəlzələ baş verərsə, ərazidə sürüşmə prosesi aktivləşə və dağıntının miqyasını artıra bilər».

Mütəxəssis qeyd edib ki, seysmik risk yüksək olan ərazilərdə riski aşağı salmaq üçün tədbirlər görülməlidir: «Yeni dayanıqlı binalar, obyektlər tikmək olar. Azərbaycanda seysmik riskin qiymətləndirilməsinə görə 8 bala qədər zəlzələ ola bilər».