vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
23:34 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2245 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu onların lobbiçilik gücünü göstərir»

Şahin Xiyavlı: «BMT-də təmsiliçimizin olmaması böyük problemdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Əhməd Şəhid 5 illik dönəmdə çox müsbət bir iz buraxdı»

Şahin Xiyavlının sözlərinə görə, İrandakı bəzi etnik cəmiyyətlər, o cümlədən türklər Birləşmiş Millətlər Təşkilatında insan haqları üzrə fəaliyyət göstərən təmsilçiləri olmadığı üçün kifayət qədər gündəmdə olmurlar. Norveçdə yaşayan hüquq müdafiəçisi Amerikanın Səsinə müsahibədə BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsinin funksiyası və qeyri-fars toplumların problemlərinin gündəmə gəlməsində təsirini dəyərləndirib.

«İnsan haqları pozuntularının daha artıq olduğu ölkələr üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi nümayəndə vəzifələndirilir. Bu nümayəndənin vəzifəsi o ölkədə insan haqları pozuntularını sənədləşdirmək və BMT-nin insan haqları şurasının oturumuna hesabat təqdim etməkdir», deyə Şahin Xiyavlı BMT-nin ölkələr üzrə xüsusi nümayəndələrinin missiyasını açıqlayır.

Xiyavlı BMT-nin İranda insan haqları üzrə sabiq nümayəndəsi Əhməd Şəhidin ölkədəki etnik qrupların problemlərinin gündəmə gəlməsində önəmli rolu olduğunu deyir.

Onun dediklərinə görə, cənab Şəhidin keçmişdə Maldivlərin xarici işlər nazirliyi vəzifəsində çalışmış olduğu üçün lobbiçilik fəaliyyətlərini uğurlu şəkildə yürüdə bilib: «Əhməd Şəhid bu vəzifəyə gəlmədən öncə Maldivlərin xarici işlər naziri idi. Buna görə, onun insan haqları pozuntularını gündəmə gətirməkdən əlavə, lobbiçilik və müzakirə qabiliyyəti olduqca müsbət təsir göstərirdi. Həm fəallar həm də dövlətlər ilə görüşürdü. O, 5 illik dönəmdə çox müsbət bir iz buraxdı. Belə düşünürəm ki, İranda etnik qruplar, xüsusilə türklər və Güney Azərbaycan məsələsi ilk dəfə onun hesabatlarında gündəmə gəldi».

Əhməd Şəhidin vəzifə müddəti tamamlandıqdan sonra yerinə Pakistanlı insan haqları vəkili Asma Cahangir gətirilib.

«Asma xanım Cahangirin siyasi bir keçmişi olmayıb. İnsan haqları müdafiəçisi olub. Vəkildir və uzun müddət BMT-nin fərqli təşkilatlarına çalışıb. O, BMT-nin dini azlıqlar üzrə nümayəndəsi olub... Amma, iranlı insan haqları qruplarının istəyi budur ki, Asma xanım daha aktiv bir şəkildə dövlətlərlə görüşsün», deyə hüquq müdafiəçisi bildirir.

Şahin Xiyavlı əlavə edir, «Asma Cahangir birinci hesabatında türklər haqqında bir şey yazmadı. Amma ümid edirəm ki, onunla görüşmələrimizin nəticəsində bundan sonrakı hesabatlarda türklər və Güney Azərbaycan məsələsini də gündəmə gətirəcəkdir».

Hüquq müdafiəçisi həmçinin iranlı etnik və dini qruplara mənsub fəalların BMT-dəki fəaliyyətlərini dəyərləndirib.

Onun dediklərinə görə, Birləşmiş Millətlər Təşkilatında həmin cəmiyyətlərə mənsub daimi bir təmsilçinin olması onların problemlərinin müxtəlif dövlətlər tərəfindən səsləndirilməsində böyük təsir göstərə bilər.

«Bizim problemlərdən biri BMT-də təmsilçimizin olmamasıdır. Rəsmi təmsilçinin olması, xüsusilə lobbiçilik baxımından çox önəmlidir. Yəni sadəcə gedib orada çıxış etməyin müəyyən təsiri olsa da uzun müddətli təsiri olmur... Misal üçün BMT-də Bəhayilərin nümayəndəsi vardır. Həm Əhməd Şəhid həm Asma Cahangir hesabatlarını təqdim edəndə, gördük ki, bir çox dövlətin nümayəndəsi gəlib sırf Bəhayilərdən danışdılar. Bu onların lobbiçilik gücünü göstərir», deyə o əlavə edir.