vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SƏHİYYƏ, ORDU  
19:34 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2184 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Leonardo» Azərbaycana nə sata bilər?

Kvaziballistik raketlər, özüyeriyən qaubitsalar, daha nələr ...

Bundan əlavə «Leonardo» şirkəti özünün «Land & Naval Defense Electronics Division» törəmə şirkəti vasitəsilə Hava Hücumundan Müdafiə sistemlərinin işlənib hazırlanmasını, müştərilərə çatdırılmasını həyata keçirir. Bu sistemlər istənilən hava və raket hücumlarından, o cümlədən ballistik raketlərdən müdafiə üçün geniş imkanlar təqdim edir. Sistemlərə bir sıra altsistemlər, o cümlədən radarlar, idarəetmə vasitələri, rabitə və elektron döyüş vasitələri daxildir.

«Leonardo» şirkəti müştərilərinə hərbi təlim təyyarələrinin bir neçə tipini də təklif edir. Bura M-345, M-346, M—346FA və s. daxildir. Şirkətin təqdim etdiyi məhsullar sırasında geniş çeşiddə torpeda raketləri (Black Arrow,  Black Scarpion,  MU90 və digərləri), helikopterlərdə və gəmilərdə quraşdırılmaq üçün nəzərdə tutulmuş 7.62 mm-lik dəzgahlı pulemyotlar, 20 mm-lik, helikopterlər üçün nəzərdə tutulmuş yüngül avtomatik toplar da yer alır.

Şirkət zirehli döyüş texnikasının üzərində quraşdırılmaq üçün nəzərdə tutulan müxtəlif tipli döyüş qüllələrinin istehsalı ilə də məşğuldur. Məsələn, bunlardan HITFIST® OWS döyüş qüllələri ən son elektron vasitələrlə təchiz edilmiş avtomatik idarə edilən döyüş qülləsidir. Qüllə asanlıqla istənilən təkərli və ya tırtıllı zirehli texnikanın üzərində quraşdırıla bilər. Onun silahlanmasına 25 və ya 30 mm-lik avtomatik top daxildir, qülləyə əlavə olaraq yandan iki tank əleyhinə raket də montə etmək olar. Şirkətin istehsalı olan HİTROLE döyüş qüllələri isə məsafədən idarə edilən, yüngül silahlarla, habelə 40 mm-lik avtomatik qumbaratanla təchiz olunan sistemdir.

Sistem silahların avtomatik olaraq yenidən doldurulmasını təmin edir, onu döyüş maşının içərisində oturmuş çoxfunksiyalı displeydən idarə edir. Döyüş qülləsi 360 dərəcə müşahidə aparmaq imkanı verən videokameralarla, istliyə həssas kameralarla təchiz edilib. Sistem hədəfi müəyyən edən kimi öz avtomatik olaraq onu nişana alır və atəşin idarə edilməsini kompüter həyata keçirir.

«Leonardo» şirkətinin istehsal etdiyi məhsullar arasında 155 mm-lik özüyeriyən, zirehli PZH 2000 qaubitsaları da yer alır. Bu özüyeriyən qaubitsalar yüksək sürəti və çevikliyi, NATO standartlarına uyğun 155 mm-lik mərmilərlə yüksək dəqiqlikli zərbələr endirməsi ilə tanınır. Qaubitsa avtomatik rejimdə 30-40 km məsafəyə böyük sayda mərmi ata bilir.

Şirkətin istehsal etdiyi geniş çeşiddə silah-sursat arasında DART idarəolunan sub-kalibr mərmiləri də xüsusi maraq kəsb edir. Bu mərmilər aerodinamik səthə malikdir və onun sayəsində uçuş zamanı daha az hava müqaviməti ilə qarşılaşır, daha yüksək sürətə malik olur. Uçuş zamanı DART öz trayektoriyasını dəyişə və yenidən hədəfə tuşlana bilər. Şirkət bildirir ki, DART sub-kalibr mərmiləri manevr edən raketlərə və dənizdə kiçikhəcmli manevr edən hədəflərə qarşı olduqca effektivdir. Hansı ki, bunlar asimmetrik münaqişələrdə geniş yayılmış situasiyadır. Belə situasiyalarda iri və bahalı hərbi-dəniz platformalarının, gəmilərin təhlükəsizliyini partlayıcı yüklü kiçik qayıqlar təhdid edə bilər. Şirkət o cümlədən 127 və 155 mm-lik idarə olunmayan «Vulcano» raketlərini də istehsal edir.

«Leonardo» şirkətinin məhsulları arasında bir neçə tip sualtı aparatlar, boru kəmərləri üçün sensorlar, sualtı kəşfiyyat aparmaq üçün SONAR qurğuları, anti-torpedo sistemləri də yer alır. O cümlədən şirkət kibertəhlükəsizlik sistemləri,kəşfiyyat strukturları üçün xüsusi izləmə proqramları və bu sahədə digər bir sıra məhsullar da təklif edir.

Bir sözlə, «Leonardo» şirkəti Azərbaycanın silahlı qüvvələrindən tutmuş hərbi dəniz qüvvələrinə, sərhəd və təhlükəsizlik strukturlarından neft və aviaşirkətlərinə qədər ən müxtəlif sahələrdə potensial tərəfdaşlar tapa bilər.  Və Azərbaycanın bu şirkətlə yüksək səviyyədə tərəfdaşlıq münasibətləri yaratması mühüm hadisədir.

Bəs Avropa İttifaqının üzvü kimi İtaliya öz şirkətinin istehsal etdiyi məhsulları Azərbaycana sata bilərmi? Bu, Qərbin Azərbaycana qarşı silah embarqosu şəraitində mümkün ola bilərmi?

Məlum olduğu kimi Qarabağ münaqişəsi tərəflərinə silah satışından çəkinməyə dair Avropa Parlamentinin icrası məcburi olmayan, tövsiyə xarakterli qətnaməsi var. Lakin uzun illərdir ki, Avropa ölkələri həmin qətnaməyə əməl edirlər. Bununla belə bu günlərdə Çexiya istehsalı olan «Dana» özüyeriyən qaubitsalarının və «RM-70» reaktiv artilleriya sistemlərinin böyük partiyası Azərbaycanda nümayiş olunanda belə əminlik yarandı ki, buz sınıb. Və Azərbaycan artıq Avropa ölkələrindən də silah-texnika ala bilər...