vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ENERGETİKA  
23:58 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2430 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yarım dollar bahalaşdı

Azərbaycan neftinin son qiyməti ...

MÖVZU İLƏ ƏLAQƏLİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 58,05 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,54 dollar/barel çoxdur. Bu barədə «Trend»ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 57,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,56 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 3-də 54,75 dollar/barel təşkil edib ki, «Trend»ə görə, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən «Brent Dated» etalon növlü neftin qiyməti isə oktyabrın 3-də 56,33 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,51 dollar/barel çoxdur.