vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
18:02 | 5 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 354 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanın növbəti hədəfi

İrəvan Gürcüstanda separatizmə dəstək verəni Tiflisdə səfir görmək istəyir

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəsmi Tiflis Ermənistanın Gürcüstana səfir təyin etmək istədiyi Sergey Minasyanın (erməni politoloq, Qafqaz İnstitutunun direktor müavini) namizədliyini təsdiq etməyib.

Bunun iki səbəbi var.

Birincisi, Gürcüstanda doğulan Minasyan bu ölkədə erməni separatizminə dəstək verib, hətta deyib ki, Rusiya erməniləri qorumaq üçün Gürcüstana müdaxilə etməlidir. Minsanyan bildirib ki, Gürcüstanda yaşayan ermənilər heç vaxt Gürcüstanı özlərinə vətən hesab etməyiblər.

İkincisi, Sergey Minasyan bütün məsələlərdə Rusiyanı dəstəkləyir. Gürcüstan tərəfində ciddi şübhə var ki, Sergey Minasyan bu ölkədə Ermənistanı deyil, Rusiyanı təmsil edəcək. Minasyanın Rusiyanın kəşfiyyat xidmətləri ilə əlaqələrinə dair də şübhələr var.

Aydındır ki, belə bir şəxsi Gürcüstan səfir olaraq qəbul edə bilməz. Bəs rəsmi İrəvan bilə-bilə ki, Tiflis Sergey Minasyanı səfir kimi qəbul etməyəcək nədən onu Gürcüstana səfir təyin etmək istəyib?

Bunun iki səbəb ola bilər.

Birinci səbəb. Ermənistan hakimiyyəti Sergey Minasyanın vasitəsilə Gürcüstanda yaşayan erməniləri fəallaşdırmağa çalışacaqdı. Məsələ burasındadır ki, 1980-ci illərdə Ermənistan Azərbaycanla yanaşı Gürcüstandakı erməniləri də mərkəzi hökumətə qarşı qiyama qaldırmaq istəyib. Ancaq daha sonra fikirləşdilər ki, Ermənistan eyni zamanda həm Türkiyə, həm Azərbaycan, həm də Gürcüstanla düşmən ola bilməz. İndi isə görünür yenidən köhnə planlarına qayıdırlar. Gürcüstandakı ermənilərin fəallaşdırılması Rusiyadakı bəzi mərkəzlərin planı da ola bilər.

İkinci səbəb. Rusiya və Ermənistan Azərbaycanın reallaşdırdığı enerji və nəqliyyat layihələrindən narahatdırlar. Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi də başa çatıb və bu dəmir yolu Gürcüstanda ermənilərin kompakt yaşadığı ərazidən də keçəcək. Bu layihələr Ermənistanı daha çox təcrid vəziyyətinə salır. Görünür, İrəvan və Moskva Sergey Minasyan və Gürcüstanda yaşayan ermənilər vasitəsilə bu layihələrə qarşı da fəallaşdırmaq istəyirlər.

Tiflis bu təxribatçı planların qarşısını aldı. İndi İrəvanın iki yolu var. Ermənistan hakimiyyəti Sergey Minasyanın namizədliyində israr edərsə Gürcüstanla münasibətləri daha da gərginləşdirəcək. Ya da İrəvan bir müddətdən sonra Minasyanı bir başqa namizədlə əvəz etmək məcburiyyətində qalacaq. Ancaq bu halda geri addım atan Ermənistan hakimiyyəti millətçi müxalifətin ciddi etirazıyla üzləşəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)