vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:14 | 5 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2390 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ATƏT PA-da qalmaqal

Ermənilər təxribata çalışdılar, azərbaycanlı deputatlardan cavab aldılar

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Erməni deputatlar ATƏT Parlament Assambleyasının payız sessiyasında növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıblar. Bu barədə Modern.az-a Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Kamran Nəbizadə məlumat verib.

Deputat bildirib ki, təhsil məsələlərinə həsr olunmuş müzakirələrdə erməni deputatlar yenə də mövzudan kənara çıxaraq, Azərbaycanın təhsil sistemində ermənilərin vəhşi və düşmən obrazının yaradılması haqqında böhtan və yalan dolu çıxışlar ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri məsələ ilə bağlı erməni deputatlara layiqli cavab verib.

Azərbaycanın nümayəndə heyətinin üzvləri məhz monoetnik Ermənistanda azərbaycanlıların düşmən kimi qəbul olunduğunu, işğal altındakı ərazilərimizdə cinayətlər törədildiyini və bu ölkədə Zori Balayan kimi faşistlərin qəhrəmana çevrildiyini ATƏT PA üzvlərinin nəzərinə çatdırıb.