vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
23:54 | 5 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2757 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cəmi 3 gün vaxtımız var»

Prosineçki: «Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində evdə Çexiyaya uduzan (1:2) Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Xorvat mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Oyundan qabaq da demişdim ki, bizi çətin oyun gözləyir. Bu gün bunun bir daha şahidi olduq. Qol buraxdıqdan sonra özümüzə gəlib hesabı bərabərləşdirə bildik, Lakin təəssüf ki, rəqib 2-ci qolu vurdu. Ramil Şeydayevin yaxşı imkan olsa da, dəyərləndirə bilmədi. Bu oyunda uduzmaya bilərdik. Komandamın oyunundan razı qaldım.

 

- Almaniya ilə matçdan sonra Bakıya qayıdacaqsnıız, ya bu sizin Azərbaycanda son mətbuat konfransınızdı?

- Bəli, Almaniya ilə qarşılaşmadan sonra Bakıya qayıdacam. Çünki mənim AFFA ilə müqaviləm var. Buna görə, qayıdıb, danışıqlar aparacağıq. Bundan sonra millidəki gələcək taleyimə aydınlıq gələcək.

 

- Millidə qalsanız, hansı dəyişiklikləri edəcəksiniz?

- Futbolda səhvlər olur, bu gün də səhvlərə yol verdik. Əsasən, standart vəziyyətlərdə çox səhv edirik. Mən qalsam da, qalmasam da, bəzi dəyişikliklər olmalıdı. Rəşad karyerasını bitirib. Onun mövqeyinə oyunçu cəlb edilməlidi. Bundan başqa, gənc oyunçulara ehtiyac var. Yəqin razılaşarsız ki, mən gəldikdən sonra millinin oyununda irəliləyiş var. Daha baxımlı oyun sərgiləyirik. Bu gün də gənc oyunçulardan Mahir Mədətova şans verdim. Bəlkə də, əsas heyətdə ona şans vermədiyim üçün incimişdi. Bu gün özünü yaxşı tərəfdən göstərə bilmədi.

 

- «Bursaspor»un əsas üzvlərindən biri Dəniz Yılmaza niyə dəvət göndərmirsiz?

- Bu suala indiyə kimi cavab verməmişdim. Ancaq indi cavablandıracam. Martda Almaniya ilə oyunda Dəniz əsas heyətdə çıxmalıydı, lakin çıxmaq istəmədi. O oyunçu ki millidə oynamaq istəmir, onun millidə yeri yoxdur. Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək.

 

- Bəs imtina etməsinin səbəbi nə idi?

- Çünki onu istəmədiyi mövqedə oynadacaqdım. Siz bir jurnalist kimi cavab verin, futbolçunun ona təklif olunan mövqedə oynamağa etiraz etmək haqqı var? O, «Bursaspor»da da ikinci heyətə göndərilmişdi, indi də nadir hallarda şans qazanır.

 

- Bura gələn məşqçilər niyə problemin əsasən nədə olduğunu demirlər?

- Problem barədə həmişə danışmışam. Serbiyada, Xorvatiyada istedadlı futbolçular çoxdur. Bu ölkənin futbolçuları güclü ölkələrin çempionatında çıxış edirlər. Ancaq burda tam fərqlidir. Ölkə çempionatında çıxış edən Bədavi Hüseynov və Rəşad Sadıqov ölkə çempionatında kofe içə-içə oynaya bilərlər. Problem bizdə böyük çempionatlarda oynayacaq futbolçuların olmamasıdır.

 

- Bəs belə olduğu halda Almaniya ilə matçda nəyə ümid edirsiniz?

- Onlarla oynamaq çətindir. Bu, təkcə bizim problem deyil. Onlara qarşı sürpriz etmək çətindir. Bədavi Hüseynov zədəlidir. Həmin oyunda şans qazanıb-qazanmayacağı bəlli deyil. Cəmi 3 gün vaxtımız var. Yaxşı mübarizə aparmağa çalışacağıq.