vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
10:17 | 6 oktyabr 2017 | Cümə Məqaləyə 2719 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abdulatipov nümunəsi

Məmurlarımız niyə özlərinə zülm edirlər...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri, 71 yaşlı Ramazan Abdulatipovun istefa verməsi gözlənilməz olduğu qədər də cəmiyyətdə maraqla qarşılandı. Çünki Ramazan Abdulatipovun özü istefasını yaşıyla əlaqələndirib: «Mənim 71 yaşım var. Məncə, artıq bəsdir».

Bəziləri bu hərəkətindən dolayı sabiq rəhbəri tərif yağışına tutsa da, əksəriyyət onun buna məcbur edildiyi qənaətindədir. Abdulatipovun istefa ərizəsini yazmasından sonra sakit təqaüdçü həyatı sürməsi, evinə, ailəsinə daha çox zaman ayıra bilməsi, sağlamlığına fikir verməsi məsələyə müsbət aspektdən yanaşmağa imkan verir...

Maraqlıdır, bəs Azərbaycan məmurlar niyə nəvə ilə oynamaq əvəzinə təyyarə ilə uzaq rəsmi səfərlərə gedir, sağlamlıqlarına diqqət etməli olduqları vaxtda stress yaşamaq məcburiyyətində qalır, gərgin rejimdə çalışmaqdan canlarını qurtarmaq istəmir, nədən özlərinə zülm edirlər? Axı onların bir çoxu Ramazan Abdulatipovdan da yaşlıdır... Nədir onları buna vadar edən?

 

Vəzifədən asılı qalan «şəxsiyyət»

 

Modern.az bu suallara sosioloq Əhməd Qəşəmoğludan aldığı cavablarla aydınlıq gətirməyə çalışıb.

Sosioloq ilkin olaraq deyib ki, əslində Abdulatipovun istefa verməsi, yaxud buna vadar edilməsi bizə dəqiq məlum deyil:

«Amma istefa məsələsinə gəldikdə, bu, günümüz üçün çox aktual məsələdir. Bizdə məmurların bir çoxu ona görə istefa verə bilmir ki, vəzifədə olarkən çoxlu, geniş səlahiyyətlərə sahib olur. Özlərini bu cəmiyyətdə şəxsi keyfiyyətlərinə görə yox, tutduqları vəzifələrinə görə tanıda bilirlər. Ona görə də vəzifədə olduqları müddətdə tanınırlar, üzdədirlər, ətraflarında müəyyən nüfuza malikdirlər.

İkincisi, həm də təəssüf doğuranı odur ki, vəzifədə olanların əksəriyyəti ciddi biznes fəaliyyəti ilə məşğuldurlar. Onların hər birinin kurasiyasında bir neçə biznes qurumlar var. Biznes qurumlarının fəaliyyətini təmin etmək üçün vəzifə onlara zəruridir. Vəzifəsiz həmin biznes fəaliyyətinin davam etməsi, ayaqda qalması çətin olar».

 

İstefa mədəniyyəti...

 

Ə.Qəşəmoğlu bildirib ki, bəzən vəzifəlilər qorxduqları üçün kreslolarını tərk etmirlər:

«Çünki, məmurların bir qismi fəaliyyətdə olduğu zaman elə sənədlərə imza atıblar, elə hadisələrə şahidlik ediblər ki, kiminsə bu məsələləri araşdırmasını istəmir. İstəyir ki, hər şey onun nəzarəti altında olsun. Digər tərəfdən, bizdə istefa vərdişi, istefa mədəniyyəti formalaşmayıb. Bir mühüm səbəb də var».

 

Səməd Vurğun, Rəsul Rza niyə vəzifəsini itirməkdən qorxmalı idi?...

 

Müsahibimiz Sovet dönəmində istifadə edilən bir eksperimentdən də bəhs edib:

«Məsələn, Rəsul Rza, Süleyman Rəhimov, Səməd Vurğunu yüksək posta təyin edirdilər. Bu adamların vəzifədən kənarlaşdırılması böyük bir faciə deyildi. Çünki Rəsul Rzanı, Səməd Vurğunu, Süleyman Rüstəmi vəzifədən çıxartsan da, yenə həmin adam idilər. Yenə də böyük yaradıcılıqla məşğul olacaqdılar. İnsan öz şəxsiyyətini təsdiq etmək istəyir. Qabiliyyəti, istedadı olan insanlar çox vaxt vəzifəyə aludə olmurlar. Amma o adamların ki, həyatda qazandıqları, özünütəsdiq üçün əsas vasitəsi yalnız vəzifədən asılı səbəblərdir, demək vəzifədən getmək onlar üçün fəlakətə bərabərdir. Onlar vəzifədən getməklə hər şeyini itirmiş hesab olunur.

 

İstefa, mülklərin siyahısı, qalmaqal...

 

Ə.Qəşəmoğlu bildirir ki, yüksək ranqlı məmurlar arasında istefa vermək istəyən, amma qınaqdan qorxanlar da az deyil:

«Yüksək vəzifədə olan insanlarla dostluq münasibətlərində olduqlarım çoxdur. Onlar arasında istefaya getməkdən qorxanlar da var. Bəzi insanlar şəxsən deyir ki, «qorxuram istefa verirəm desəm, mənə pis baxarlar. Deyərlər görəsən, nə məsələ var ki, bu istefaya gedir». Bütün bunların hamısı yekunda elə bir vəziyyət yaradıb ki, Azərbaycan məmuru bu gün istefaya gedə bilmir. Bəzilərində istefa mədəniyyəti, arzusu olsa da, qeyd etdiyim səbəblərdən buna getmir. Çünki bilirlər ki, istefaya gedən kimi bütün əmək fəaliyyətini təftiş etməyə başlayacaqlar. Olan, olmayan mülklərinin siyahısını dərc edəcəklər».

Yəqin bu səbəbdəndir ki, məmurlarımız «özü harada qırılar, qırılar» prinsipindən çıxış edərək, kreslolarından bərk-bərk yapşırlar...