vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
13:35 | 6 oktyabr 2017 | Cümə Məqaləyə 2468 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Eks-səfirdən ilginc açıqlamalar

Xəzər İbrahim Türkiyədəki səfirliyimizdən narazılığa son qoya biləcəkmi?

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin oktyabrın 5-də imzaladığı sərəncamla Xəzər İbrahimin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Xəzər İbrahim bundan öncə, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifələrində çalışıb.

Azərbaycanın Türkiyədəki keçmiş səfiri Məmməd Əliyev Modern.az-a açıqlamasında yeni səfirin təyinatını yüksək qiymətləndirib.

«Xəzər İbrahim gənc və enerjili kadrdır. Onu yeni səfir postuna cənab prezident təyin edibsə, deməli, layiqli insandır. Yadımdadır ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətində çalışarkən özünü ən yaxşı cəhətdən göstərə bilib. Əminəm ki, Türkiyədə uğurlu fəaliyyət göstərəcək. Diplomatik işləri həyata keçirmək üçün onun potensialı yüksəkdir. Xəzər İbrahimi hamımız  enerjili diplomat kimi tanıyırıq. Qardaş Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsində böyük rolu olacaq».

Keçmiş diplomat son vaxtlar gənc kadrlara üstünlük verilməsinin doğru seçim olduğunu bildirib.

«Diplomat gənc olmalıdır. Ona görə də gənc diplomatların sayının çox olmasını alqışlayıram. Gənclərin irəli çəkilməsi çox önəmlidir. Bəzi xarici ölkələrdə 60 yaşlı səfirləri başqa sahəyə keçirirlər. Gənclərin ən enerjili vaxtlarını diplomatik işlərə sərf edirlər. Bir professor, keçmiş diplomat olaraq perspektivli gəncləri dəstəkləyirəm.  Xəzər İbrahim də həmin gənclərdəndir».

Qeyd edək ki, Xəzər İbrahimdən öncə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov idi. O, bu il sentyabrın 12-də ölkə başçısının sərəncamı ilə vəzifəsindən geri çağırılıb.

Sosial şəbəkələrdəki müzakirələrdən, Türkiyədə yaşayan azərbaycanlıların açıqlamalarından belə məlum olur ki, keçmiş səfirin fəaliyyətinə birmənalı münasibət olmayıb. Müzakirələrdə F.Bağırovun işini tənqid edənlər daha çox görünür... Narazılıq edənlər arasında azərbaycanlı tələbələr də çoxdur.