vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
15:49 | 6 oktyabr 2017 | Cümə Məqaləyə 2211 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Neftçi»də əl dəyişməsi prosesi

Sadıqovla Musayevin səmimiliyi Bakı klubunda nəyi həll edəcək?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkə futbolunun taleyi millinin oyunlarında həll olunur. Başqa vaxt görüşməyə, müzakirə etməyə vaxt tapmayan AFFA-nın binasını tanımayan rəhbərliyi – prezident və vitse-prezidentlər məhz belə matçlarda bir araya gəlir. Onlar idarəçiliyini baş katib Elxan Məmmədovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə tapşırdıqları ölkə futbolunun taleyi ilə bağlı qərarları elə stadionlarda verir.

Millinin San Marino ilə oyunundan sonra ciddi dəyişikliklər baş vermişdi. Uzun fasilədən sonra stadionda görünən «Neftçi«nin sabiq prezidenti Sadıq Sadıqovun Musayevlə birlikdə AFFA prezidenti Rövnəq Abdullayevi müşayiət etməsi bir neçə gündən sonra «Neftçi»nin baş məşqçisinin dəyişməsi ilə nəticələndi. Bu iki şəxsin məsləhəti ilə Tərlan Əhmədov təyinat aldı və Bakı klubunda əl dəyişməsi prosesi başladı.

Dünən Çexiya ilə oyundan sonra Sadıqov yenə Bakı Olimpiya Stadionunda göründü. Bu dəfə Abdullayev tələsik arenanı tərk etdi, digərləri isə uzun müddət söhbətləşdi. Amma cəbhələşməni görmək çətin deyildi. Elxan Məmmədovun rusdilli «qaqulik» dəstəsi bir çıxışdan arenanı tərk edirdisə, Musayev və ona yaxın olanlar digər tərəfdə idi.

Ramin Musayev, Sadıq Sadıqov və Zaur Axundov VİP-lojadakı söhbətlərlə kifayətlənməmişdi, yenə nəyisə ciddi müzakirə edirdilər. Onlar daha bir neçə futbol adamının əhatəsində uzun müddət danışdılar, sonra da öpüşüb-görüşüb ayrıldılar. Xüsusilə Musayev və Sadıqovun münasibətlərindən aydın olurdu ki, onlar artıq birlikdədilər. Yəqin ki, bu səmimiyyətlərinin nəticəsini tezliklə «Neftçi»də hansısa dəyişiklikdə görəcəyik.

Digər «toplaşma məntəqəsi»ndə şaqqanaq səsi stadionu bürümüşdü. İcraiyyə Komitəsinin üzvü olan xarici işlər naziri Elmar Məmmədyarov tez getdi, amma vitse-prezident Elşad Nəsirov nədənsə fikrini dəyişdi. O, Elxan Məmmədovla birgə qonaqları yola saldıqdan sonra yenidən BOS-a qayıtdılar. Yəqin ki, qüvvələr nisbətinin onların əleyhinə dəyişməsi xoşlarına gəlməmişdi və gülə-gülə yola saldıqları dostlarının gedişindən sonra soyuq başla nələrisə müzakirə etmək lazım idi.