vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
18:48 | 6 oktyabr 2017 | Cümə Məqaləyə 2270 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyev-Bakı əməkdaşlığının yeni istiqamətləri

Ukraynalı nazirin Bakıdakı müzakirələr keçirdi

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin oktyabrın 3-də Bakıda səfərdə oldu. O gün ərzində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın Azərbaycandakı diaspor nümayəndələri ilə görüşdü. Pavlo Klimkin Elmar Məmmədyarovla birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab verdi. Bundan başqa Pavlo Klimkin axşam saatlarında məhdud çərçivədə jurnalistlərlə görüşdü.

Pavlo Klimkinlə görüşənlər arasında «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da var idi. Elxan Şahinoğlu Pavlo Klimkinlə təşkil olunan görüşdə bir sıra məsələlərə aydınlıq gətirməyi xahiş etdi. Sual-cavabdan gəlinən nəticə aşağıdakılardan ibarətdir:

Birincisi, Kiyev Azərbaycanla əməkdaşlığın səviyyəsindən razıdır. Bunu P.Klimkin də təsdiq etdi. İki ölkə arasında ticarət dövriyyəsi artır. 2017-ci ilin 9 ayında 2016-cı ildən daha yüksək nəticə əldə edilib. İqtisadi əməkdaşlıqda artım 66 faizdir. Bu kifayət qədər yüksək rəqəmdir. Ukraynadan Asiyaya göndərilən yüklərin bir hissəsinin Azərbaycandan keçir və bu nəqliyyat dəhlizinin yükü getdikcə artır. Tranzit daşımalarında 5 dəfədən çox artım var. Bu ərəfədə Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv oktyabrın 19-da Bakıya səfər edərək iqtisadi münasibətlərin inkişafı mövzularını müzakirə edəcək.

İkincisi, Ukrayna və Azərbaycan bir-birlərinin ərazi bütövlüklərinə dəstək verir və separatizmi pisləyirlər. Məsələn Pavlo dedi ki, »biz azərbaycanlı dostlarımızı hamıdan daha yaxşı başa düşürük. Çünki bu işğaldır». İki ölkə beynəlxalq təşkilatlarda bir-birlərinə dəstək verirlər. Bundan başqa Pavlo Klimkinin sözlərinə görə Ukrayna İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi statusu almaq istəyir və bu məsələsinin həllində Azərbaycanın dəstəyinə ümid edir. Ukraynanın bu təşəbbüsü məntiqidir. Ukraynada kifayət qədər müsəlman yaşayır və bu ölkə islam aləmindəki təşəbbüslərdən də xəbərdar olmaq istəyir. Digər tərəfdən Ukraynanın müsəlman ölkələrinin bir çoxu ilə isti münasibətləri var.

Üçüncüsü, Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinə hazırlıq gedir. Bakı və Kiyev bu səfərin uğurlu alınması imzalanacaq sənədlər üzərində çalışırlar. Səfər zamanı Kiyevdə Azərbaycan Ticarət Evinin açılması planlaşdırır. Ukrayna prezidenti Petro Poroşenko bu ilin iyul ayında Azərbaycana rəsmi səfər etmişdi. İndi səfər növbəsi Azərbaycan prezidentinindir.

Dördüncüsü, Bakı və Kiyev GUAM-ın fəaliyyətindən razıdırlar. Klimkin bununla əlaqədar olaraq maraqlı fakta toxundu: «BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində GUAM ölkələrinin xarici işlər nazirlərinin görüşünə Yaponiyanın xarici işlər naziri də qatılmışdı. Bu təşkilatımıza olan maraqdan irəli gəlir». «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Pavlo Klimkinə GUAM-a üzv dövlətləri arasında Moldova prezidentinin Rusiyaya meylli olduğunu xatırladaraq bunun təşkilatın fəaliyyətinə mənfi təsir edib-etməyəcəyini soruşdu. Klimkin Kiyevin Moldova prezidentinin xarici siyasətindən narazı qaldığına işarə etsə də, bu ölkədə daxili və xarici siyasəti parlamentin və hökumətin formalaşdığını dedi. Başqa sözlə prezidentdən fərqli olaraq Moldova parlamenti və hökuməti GUAM-dan imtina etməyəcək.

Beşincisi, Pavlo Klimkin »Atlas» Araşdırmalar Mərkəzinin rəhbərinin sualına cavab olaraq dedi ki, Kiyev Türkiyə-Ukrayna-Azərbaycan formatının təsis olunmasının tərəfdarıdır, böyük ehtimalla bu mövzu haqqında Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Kiyevə səfəri zamanı danışılacaq. Azərbaycan müxtəlif üçlü formatlarda (Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Rusiya-İran) iştirak edir. Bu formatlar daha çox iqtisadi, enerji və nəqliyyat sahələrini əhatə edir. Yəni dövlətlər bu formatlar çərçivəsində iqtisadi əməkdaşlıq mövzularını və ortaq layihələri müzakirə edirlər. Ukrayna Azərbaycan və Türkiyə ilə iqtisadi layihələri genişlədirir. Bu mənada Azərbaycan-Ukrayna-Türkiyə formatı da fəaliyyətə başlaya bilər.

Beləliklə, Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin Bakıya səfəri uğurlu sayıla bilər. Bakıda iki ölkə arasındakı əməkdaşlığın bir çox istiqamətləri müzakirə olundu. Başlıcası odur ki, Azərbaycanla Ukrayna arasında elə bir mövzu yoxdur ki, həmin mövzu Bakı ilə Kiyev arasında fikir ayrılığına səbəb olsun.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)