vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
19:51 | 6 oktyabr 2017 | Cümə Məqaləyə 2621 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Detalları açıqlamaq istəmirəm»

Dilqəm Əsgərovun oğlu: «Kimin kim olduğunu indi daha yaxşı bilirəm»

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Atamla bağlı bəzi qaranlıq məqamlara cavab tapmışıq. Kimin kim olduğunu indi daha yaxşı bilirəm». Bu sözləri Modern.az-a 4 ilə yaxındır erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. K.Əsgərov detalları açıqlamaq istəməyib: «Müəyyən məsələlər var, onların dəqiqləşməsini gözləyirik. İnşallah Dilqəm və Şahbaz özü girovluqdan qayıtdıqdan sonra həqiqəti hər kəs öyrənəcək».

O, ATƏT-in Varşava sammitindəki çıxışından da bəhs edib:

«Mən atamdan çox nigaran idim. Nə ondan məktub alırdım, nə videosunu izləyirdim, nə də şəklini görürdüm. ATƏT-in Varşava sammitində girovlarımızla bağlı çıxışlar oldu. Mənim də 1-2 kəlmə demək şansım yarandı. Azərbaycana qayıtdım. Bir həftə sonra Qırmızı Xaç Komitəsinin əməkdaşları mənə zəng elədilər. Atamdan məktub aldım, mənə şəklini göstərdilər».

K.Əsgərov bildirib ki, atasının şəkli ona verilməyib: «Şəklini sadəcə mənə göstərdilər, amma vermədilər. Əvvəlki vaxtlara baxanda pis görünmürdü. Məhkəmədə necə idisə, təxminən elə idi. Hələ deyərdim məhkəmədəkindən nisbətən yaxşı idi».

2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində «məhkəmə» qurulub. «Məhkəmə»nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.