vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PARTİYALAR  
18:12 | 24 yanvar 2014 | Cümə Məqaləyə 2804 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«AMİP Milli Şuranın əleyhinədir»

«Yusif Bağırzadənin dedikləri ilə də yeni tanış oldum»

İLKİN

MÖVZU İLƏ ƏLAQƏLİ

«KXCP həm Milli Şurada, həm də Demokratik Qüvvələrin Birliyində təmsil olunur. DQB Milli Şuradan sonra yarandı. Əvvəlcə bu qurum başqa formatda fəaliyyət göstərirdi. Hazırda seçkidə iştirakla bağlı DQB-də müəyyən müzakirələr gedir».

Bunu Modern.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil deyib. O, seçki ilə bağlı müzakirələrin KXCP-də də aparıldığını bildirib: «Biz hər iki qurumda təmsil olunuruq, ehtiyac yaranarsa partiyanın siyasətinə uyğun addımlar atacağıq. Milli Şura artıq formalaşır. Əvvəllər qurumun idarəetmə orqanları yox idi. Milli Şurada qeyri-müəyyənliklər aradan qalxdıqca, KXCP seçki ilə bağlı məsələni həll edəcək. Müzakirələr partiya daxilində də aparılır və seçkidə iştirak etməyin tərəfdarıyıq».
KXCP funksioneri qeyd edib ki, DQB-də Milli Şuranın əleyhinə olan AMİP-dir: «DQB-də KXCP, ACP, Böyük Azərbaycan Partiyası Milli Şurada təmsil olunur. Digər partiyaların da nümayəndələrinin Milli Şura ilə münasibətləri normaldır. Yəni, demək olmaz ki, DQB Milli Şuranın əleyhinədir. Yusif Bağırzadənin dedikləri ilə də yeni tanış oldum. Deyilənlərin hamısına aydınlıq gətiriləcək».