vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:18 | 7 oktyabr 2017 | Şənbə Məqaləyə 2659 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yaqlanda fikir verməyin, ...»

Jirinovskidən Bakıya məsləhət: «Ona deyin ki, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski «Moskva-Bakı» nəşri üçün Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudun Rusiyaya tarixi səfərini, həmçinin Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın Azərbaycana hücumlarını şərh edib.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, Jirinovskinin fikrincə, Səudiyyə Ərəbistanı kralının səfəri onu göstərir ki, Yaxın Şərq Rusiyaya doğru meyllənir.

«Partiyamız bunu 25 ildir ki deyir. Bu konsepsiya «Cənuba son hücum» kitabında əksini tapıb. Deyirik ki, Cənubla əməkdaşlıq etmək lazımdır. Qərbdə tüpürürlər? Qoy boşluğa tüpürsünlər. Cənubda isə hərəkətlərinə yenidən nizam verirlər, bizə tərəf gəlirlər. Səudiyyə Ərəbistanı, İraq, Türkiyə, Liviya, Suriya, kürdlər, İsrail qapımızı döyürlər. Biz Cənuba doğru hərəkət edirik, Cənub isə bizə doğru», - siyasətçi bildirib.

O ki qaldı Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın bəyanatlarına, Jirinovski hesab edir ki, Azərbaycanın onun sözlərinə fikir verməsinin mənası yoxdur.

«Diqqət yetirməyin və belə cavab verin: «Sizin özünüzdə çoxdan bəri insan hüquqlarına ən vəhşi şəkildə riayət olunmur».