vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
13:27 | 7 oktyabr 2017 | Şənbə Məqaləyə 2176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Beş rayonu qaytaracaqsınız!»

Aleksandr Duqin erməni tərəfinə: «Əks halda vəziyyət elə bir nöqtəyə çatacaq ki, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Kremlin ideoloqlarından biri, məşhur rusiyalı filosof və publisist Aleksandr Duqin Ermənistanda dərc edilən «Jamanak» qəzetinə müsahibə verib. A.Duqin erməni jurnalistlərə bildirib ki, Dağlıq Qarabağ ətrafında yerləşən beş rayonun qaytarılması məsələsi Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdan gələn görüşündə qaldırılacaq.

Beynəlxalq Avrasiya Hərəkatına rəhbərlik edən Aleksandr Duqin əmindir ki, «Ermənistan-Azərbaycan münasibətlərində vəziyyət elə bir nöqtəyə çatacaq ki, problemi həll etmək qeyri-mümkün olacaq».

«Güman edirəm ki, Qarabağın beş regionunun azad edilməsi məsələsi prezidentlərin bu görüşündə qaldırılacaq», - Duqin deyib.

Qeyd edək ki, bu yaxınlarda Rusiya paytaxtında keçirilmiş «Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru» konfransı çərçivəsində də Aleksandr Duqin bu iddia ilə çıxış etmişdi.