vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
01:35 | 7 oktyabr 2017 | Şənbə Məqaləyə 1743 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə doğma meydanda uduzdu

«Ay-ulduzlular» mundiala qatılmaq şansını itirdilər

MÖVZU İLƏ ƏLAQƏLİ

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 9-cu tur həyəcanı davam edir. VAXT.AZ xəbər verir ki, Avropa zonasının D, G və İ qruplarında növbəti oyunlar keçirilib.

G qrupunda lider İspaniya millisi «Qarabağ»ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığmasını qəbul edib. İspanlar bu oyundan 3 xalla ayrılacağı halda DÇ-2018-ə vəsiqəni təmin edəcəkdi. Belə də olub. 3 cavabsız qolla qalib gələn İspaniya mundiala növbəti vəsiqənin sahibinə çevrilib.

İtaliya Makedoniya ilə ev oyununda gözlənilmədən xal itirib. İsrail isə Lixtenşteynə səfərdə qalib gəlib.

İ qrupunda isə Türkiyə millisi İslandiya yığmasını qəbul edib. Bu qarşılaşma «ay-ulduzlular» üçün mundiala vəsiqə baxımından həlledici rol oynayırdı. Belə ki, Mirça Luçeskunun yetirmələri Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə şanslarını qoruyub saxlamaq üçün islandlarla matçdan 3 xalla ayrılmalıydı. Bu mübarizədə türklərin əsas rəqibləri olan Xorvatiya millisi evdə Finlandiya ilə, Ukrayna yığması isə səfərdə Kosovo ilə üz-üzə gəlib. Lakin türklər doğma meydanda biabırçı məğlubiyyətə üzülüblər və mundiala vəsiqə şansını itiriblər. Xorvatiya da doğma meydanda xal itirib. Ukrayna isə səfərdən qələbə ilə qayıtmağı bacarıb.

 

DÇ-2018-in seçmə mərhələsi

6 oktyabr

 

D qrupu

 

Gürcüstan - Uels 0:1

Qol: Laurense, 49.

 

Avstriya - Serbiya 3:2

Qol: Burqstaller, 25. Arnautoviç, 76. Şaub, 89 - Milivoyeviç, 11. Matiç, 83.

 

İrlandiya - Moldova 2:0

Qol: Mörfi, 2; 19.

 

Serbiya – 18, Uels – 17, İrlandiya – 16, Avstriya – 12, Gürcüstan – 5, Moldova – 2.

 

G qrupu

 

İtaliya - Makedoniya 1:1

Qol: Kyellini, 40 - Traykovski, 77.

 

Lixtenşteyn - İsrail 0:1

Qol: Tibi, 21.

 

İspaniya - Albaniya 3:0

Qol: Rodriqo, 16. İsko, 24. Alkantara, 27.

 

İspaniya – 25, İtaliya – 20, Albaniya – 13, İsrail – 12, Makedoniya – 8, Lixtenşteyn - 0.

 

İ qrupu

 

Xorvatiya - Finlandiya 1:1

Qol: Mandzukiç, 57 - Soiri, 90.

 

Kosovo - Ukrayna 0:2

Qol: Paqarada, 60-öz qapısına. A.Yarmolenko, 87.

 

Türkiyə - İslandiya 0:3

Qol: Qudmundsson, 32. Byarnason, 39. Arnason, 50.

 

İslandiya – 19, Xorvatiya – 17, Ukrayna – 17, Türkiyə - 14, Finlandiya – 8, Kosovo – 1.