vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
15:53 | 7 oktyabr 2017 | Şənbə Məqaləyə 1918 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çaxalyan Gürcüstanı çalxalayır

Cavaxetiya ermənilərini Rusiya qaldırır?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə Gürcüstanın ermənilərin sıx yaşadığı Cavaxetiya bölgəsinin Qumburdo kəndində bələdiyyə seçkiləri zəminində yerli sakinlərlə hakimiyyət arasında qarşıdurmalar olub, bölgəyə xüsusi təyinatlılar yeridilib. Deyilənlərə görə bu hadisələrin arxasında «hansısa qüvvələr« dayanır. Virtualaz.org xəbər verir ki, Ermənistanda bir çoxları dərhal həmin qüvvələrin Azərbaycan və Türkiyə ola biləcəyi haqda danışıblar. Rusiyanı davamlı tənqid edən lragir.am saytı isə Cavaxetiya «ictimai-siyasi xadimi«, separatçı Vahan Çaxalyanla müsahibə götürüb və ondan «Rusiya izi« haqda soruşub.

Çaxalyan isə deyib ki, bu istisna deyil. «Saakaşvili vaxtından belə qəbul olunub ki, hər şeyə görə günahı Rusiyanın üstünə atsınlar. Aydın məsələdir ki, heç nəyi istisna etmək olmaz, lakin eskalasiya Rusiyanın nəyinə lazımdır? Rusiya istəsəydi öz məsələlərinin həlli üçün kifayət qədər resursları olanda bunu edərdi. Axalkalakidə iri Rusiya bazası olanda. Hesab etmirəm ki, indiki məqamda Rusiya öz müttəfiqi Ermənistanı problemli proseslərə cəlb etmək istəsin«-Çaxalyan bildirib. Və Cavaxetiya separatçısı hadisələrə görə Saakaşvilinin adamlarından, o cümlədən «ən ağlabatan versiya kimi« Azərbaycan və Türkiyədən şübhələndiyini deyib.

Çaxalyanın sözlərinə görə, dünən Cavaxetiyanın daha bir kəndində insident olub və bir-birinin ardınca belə insidentlərin baş verməsi təsadüfi deyil.

Bu həmin Çaxalyandır ki, separatçı və kriminal əməllərinə görə uzunmüddətli həbsə məhkum edilmişdi. Lakin Gürcüstanda İvanişvilinin «Gürcü arzusu« koalisiyası hakimiyyətə gələndən sonra əfv olunub həbsdən çıxdı.