vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
00:45 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 2548 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kim Çen In «çox rasionaldır»»

Bütün avtoritar liderləri kimi o da uzun müddət hakimiyyətdə qalmaq və öz yatağında rahat ölmək istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Kim Çen Inın təkrar-təkrar provokasiyalarına və ABŞ-la qızğın ritorikaya girməsinə baxmayaraq Amerikanın yüksək rütbəli kəşfiyyat rəsmiləri Şimali Koreya liderinin kifayət qədər rasional olduğunu düşünür.

«Kim Çen In çox rasional fiqurdur», Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Koreya Mərkəzi rəhbərinin assistenti deyir.

«Gurultulu bəyanatlar bir tərəfə, Kim Çen Inın birləşmiş ABŞ və Cənubi Koreya hərbi qüvvələri ilə üz-üzə gəlmək niyyəti yoxdur», Yonq Suk Li MKİ-nin Vaşinqtonda təşkil etdiyi konfransda bildirib.

«Kim Çen In bütün avtoritar liderlərin istədiyini istəyir – uzun müddət hakimiyyətdə qalmaq və öz yatağında rahat ölmək».

Kəşfiyyatçıların bu növ dəyərləndirməsi ABŞ Prezidenti Donald Trampın bəyanatları ilə təzad təşkil edir.

Bir neçə «Twitter»dəki səhifəsində Tramp Şimali Koreya liderini «Balaca Raket Adamı» və «divanə» adlandırıb.

Li və başqa MKİ rəsmiləri isə hesab edirlər ki, Şimali Koreya liderinin hərəkətlərində «məqsəd aydınlığı» var.

Pxenyanın məqsədi Şimali Koreyanı nüvə qüdrətinə çevirmək və nə vaxtsa ABŞ qüvvələrinin Koreya yarımadasından tamamilə çıxmasını təmin etməkdir.

Kəşfiyyat rəsmiləri belə fərz edir ki, Şimali Koreyanın ardıcıl raket sınaqları rejim üçün müəyyən vaxt qazanmağa və yarımadada öz hədəflərini təqib etmək üçün şərait yaratmağa xidmət göstərir.

«O, bizi öz oyun meydançasından kənarda saxlamaq istəyir», Li əlavə edir.

Eyni zamanda hazırkı və sabiq rəsmilər Pxenyanın hesablamalarda səhvə yol verəcəyindən narahatdırlar.

Belə ki, hazırkı durumda Ağ Ev Şimali Koreya rejimi ilə hər hansı bir danışıqları rədd edir.

«Mümkündür ki, biz konfliktə yuvarlanaq», deyə sabiq ABŞ elçisi Cozef de Trani xəbərdarlıq edir.