vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
21:55 | 7 oktyabr 2017 | Şənbə Məqaləyə 2490 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Futbolda hər şey ola bilər»

Robert Prosineçki: «Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək»

MÖVZU İLƏ ƏLAQƏLİ

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Almaniya ilə qarşılaşacaq. VAXT.AZ xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki matçdan öncə mətbuat nümayəndələrinin önünə çıxaraq sualları cavablandırıb.

- Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdı. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları «qıdıqlaya bildik». Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər. Biz isə bir neçə gün öncə Çexiyaya qarşı çətin oyun keçirmişik. Heyətdə bir neçə zədəli futbolçularımız var. Sabah kimi meydana buraxacağımı hələ də dəqiqləşdirməmişəm.

- Sabahkı oyun üçün heyəti dəqiqləşdirmədiyinizi dediniz. Hazırkı durum üçün ağlınızda olan heyəti açıqlaya bilərsinizmi?
- Oyun bu gün olsaydı, heyəti açıqlaya bilərdim. İndiki durumda son məşqi gözləməliyəm. Zədəli oyunçular var. Onların son durumunu öyrəndikdən sonra heyəti müəyyənləşdirəcəm.

- Rəşad Sadıqov da milliylə birgə Almaniyaya gəlib. Onu sabahkı oyunda meydanda görə biləcəyik?
- Yox. Çexiya ilə oyun Rəşad üçün son oyun idi. Onun əzələsində də problem var. Sabah məşq də etməyəcək.

- Yoahim Löv böyükhesablı nəticənin olmayacağını bildirdi. Siz necə düşünürsüz?
- Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda da yaxşı çıxış edəcəklər. Rəqib çox güclüdü. Dünya çempionudu. Norveç bura gələndə, bəlkə də, 0:6 hesabıyla uduzacaqlarını düşünmürdülər. Almanlar belədir, onlar hesabın necə olmasından asılı olmayaraq sona kimi oynayırlar. İnanıram ki, sabah almanlara asan olmayacaq. Bakıdakı oyunu burda da sərgiləyəcəyimizə ümid edirəm.