vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
09:31 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 2836 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Siz dəlisiniz?»

Berti Foqts Azərbaycan yığmasına sataşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Berti Foqts yenidən millimizi xatırlayıb.

VAXT.AZ apasport.az-a istinadən xəbər verir ki, o, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq komandamız haqqında «t-online.de» portalındakı ənənəvi köşəsində bəhs edib.

Foqts yığmamızın bu oyunda heç bir şansının olmadığını vurğulayıb: «Köşəmin sonunda bir zamanlar çalışdırdığım və Almaniya millisinin növbəti rəqibi Azərbaycandan bəhs etmək istəyirəm. Sözsüz ki, komandamız bu oyunda qələbə qazanacaq. Azərbaycanın göstərəcəyi xüsusi heç bir şey yoxdur. San Marino qarşısında qələbə onlarda qəribə xəyallar yaratdı. Ancaq onlara demək lazımdı ki, dəlisiniz? Siz həqiqətən qrupda ikinci olmaq istəyirsiniz?»

70 yaşlı çalışdırıcı millimiz haqqında xoş sözlər də deyib: «Onların doğru yolda olduqlarını deyə bilərəm. Maraqlı oyunçuları var ki, II Bundesliqada güclü komandalarda çıxış edə bilərlər. Məni ən çox məyus edən isə odur ki, onlar Azərbaycanda oynamaqdan məmnundurlar. Çünki orda rahat olurlar. Azərbaycanda əsas diqqət şahmata və güləşə ayrılıb».