vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
10:43 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 2769 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İstefaya göndərilməyimin səbəbi...»

Ançelotti: «... Millidə işləməyi düşünə bilərəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Karlo Ançelotti «Bavariya»dan ayrılmasının səbəbləri haqda danışıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Münhen klubunun oyunçuları ilə dialoqu olmadığı üçün istefaya göndərildiyini bildirib: ««Real»dan ayrıldım, çünki oyunçularla çox yaxın idim. «Bavariya»dan ayrılma səbəbim isə oyunçularla dialoqumun olmaması idi. Uğur qazanmaq üçün bura gəlmişdim. Ancaq klub rəhbərliyi mənə istirahət etməli olduğumu bildirdi».

O, «Bavariya» və «Real»dan göndərilmə səbəblərinin bir-birinə ziddi olduğunu vurğulayıb: ««Real»dan ayrıldığım vaxt rəhbərlik mənə oyunçularla çox yaxın olduğumu söylədi, «Bavariya»da isə oyunçularla soyuq münasibət səbəbindən istefaya göndərildim».

Gələcəkdə hansı klubu çalışdırmaq istədiyi ilə bağlı sualı italiyalı mütəxəssis belə cavablandırıb: «Hazırda ancaq çalışıb, məşq etmək istəyirəm. Nə zaman məşq etməkdən bezsəm, o zaman millidə işləməyi düşünə bilərəm».

Qeyd edək ki, Ançelotti ötən ay istefaya göndərilib.