vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNEY  
12:42 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 2506 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«20 aydır maaş almırıq...»

«Azərbaycan Sənayesi İnkişafı Şirkəti»nin işçilərindən etiraz

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Sənayesi İnkişafı Şirkəti»nin (Kombayn Zavodu) işçiləri, səlahiyyətli vəzifəli şəxslərə məktub ünvanlayaraq 20 aydır maaş almadıqlarını bildiriblər.

Məktub şirkətinin 44 işçisi tərəfindən yazılıb.

«Bu zavodun vaxtı ilə 500 işçisi olub, bunu nəzərə alaraq zavoddakı problemlərin sürətlə çözülməsi önəmli məsələdir. Ötən illərdə yaranan bir sıra problemlərə görə, artıq şirkət sahibi işçilərin maaşını ödəyə bilmədiyini deyir. Zavodda istehsal işləri də olduqca pis vəziyyətdədir. Problemlər qısa müddətdə aradan qaldırılmasa, yaxın zamanda şirkətin bağlanması və işçilərin işsiz qalmasına şahid olacağıq», - deyə məktubun bir hissəsində qeyd olunub.

İşçilər problemlərinin təkcə maaşdan ibarət olmadığını da diqqətə çatdırıblar. «Artıq problemlərdən dolayı bu sənaye müəssisəsində 44 işçi qalıb, onlar da hər an işini itirə bilər. Üstəlik 20 aydır ki, maaş almırıq və sığorta haqlarımız, o cümlədən tibbi sığortamız şirkət tərəfindən ödənilməyib. Ona görə də 2 il öncədən yaranan problemləri aradan qaldırmaq üçün səlahiyyətli orqanlardan yardım istəyirik»- deyə məktubda bildirilib.

Bu arada Təbriz Podşipnik (bolbirinq) Zavodunun işçiləri də oktyabrın 3-dən növbəti etiraz aksiyalarına başlayıblar. 6 aydır maaş almayan 220 işçi şirkət sahibindən əmək haqlarını tələb edir, onlar bu barədə rəsmi səlahiyyətli orqanlardan dəstək tələb ediblər.

Podşipnik Zavodunun işçiləri bildirir ki, şirkətdə yaşanan bütün problemlər zavodun özəlləşdirilməsindən sonra başlayıb.

Son illərdə Şərqi Azərbaycanda 25-dən çox sənaye müəssisəsi dövlət tərəfindən özəl müəssisə və ya fiziki şəxslərə ötürülüb, onlardan hazırda ən azı 21-i ciddi maliyyə sıxıntısı ilə üz-üzə qalıb. Sənaye müəssisələrini alanların əksəriyyəti hökumət rəsmilərinə yaxın şəxslərdir.

Hazırda Güney Azərbaycanın əksər sənaye və istehsal müəssisələrində iqtisadi böhran yaşanır, bunun nəticəsində minlərlə işçi əmək haqqını vaxtı-vaxtında ala bilmir, bir çoxları isə ixtisar edilərək işsiz qalır.