vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
OLAY  
17:03 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 2388 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DİN nazirinin gözü qarşısında vəhşilik

Cangüdənlər kortejin yoluna çıxan BMW sürücünü təpiklədilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağıstanda daxili işlər naziri, general Abdurəşid Maqomedovun kortejinin yoluna çıxan BMW avtomobilinin sürücüsü nazirin cangüdənləri tərəfindən xüsusi qəddarlıqla döyülüb və həbs edilib.

Virtualaz.org xəbər verir ki, bu barədə görüntüləri «Mash teleqram» kanalı yayıb.

Kadrlardan görünür ki, «BMW X5» markalı avtomobil nazirin üzərində «miqalkası» olan avtomobil kortejinin qarşısında hərəkət edir, bu zaman nazirin avtomobili onu ötüb keçmək üçün qarşı hərəkət zolağına çıxır, ancaq BMW avtomobili də eyni vaxtda qarşı hərəkət zolağına çıxır və kortejə maneə olur. Ardınca «miqalkalı» cip onu soldan keçərək qarşısını kəsir, nazirin mühafizəçiləri avtomobildən düşərək sürücünü yerə düşürür və döyür.

Sürücünün hazırda həbsdə olduğu və təcridxanada saxlanıldığı bildirilir. Saxlanılan şəxsin bildirdiyinə görə təsadüfən qarşı hərəkət zolağında nazirin avtomobilinin qarısına çıxıb. Yayılmış kadrlara Dağıstan DİN hələ münasibət bildirməyib. Sosial şəbəkələrdə isə sürücünün qaydanı pozmasına baxmayaraq nazirin cangüdənlərinin onu bu cür döyməsini pisləyənlər çoxdur.