vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
20:21 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 2159 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müharibəyə Ermənistanın tərəfində daxil olacağıq»

General-polkovnik Sidorov: «Bizdə 20 mindən çox yüksək səviyyədə hazırlanmış hərbi qulluqçu var»

MÖVZU İLƏ ƏLAQƏLİ

Əgər təşkilatın ən yüksək orqanı olan Şura tərəfindən qərar ediləcəksə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iyirmi minlik sürətli operativ güc qruplaşması Ermənistana hərbi kömək göstərməyə hazır olacaq.

Virtualaz.org «Azadlıq» radiosunun erməni redaksiyasına istinadən bildirir ki, bunu bir gün əvvəl jurnalistlərlə görüşdə KTMT-nın Birləşmiş qoşunlarının qərargah rəisi Anatoli Sidorov deyib.

İnformasiyaya əsasən, general-polkovnik Sidorov blokun təlimlərində iştirak üçün Ermənistandadır. Bir gün əvvəl «Baqramyan» poliqonunda KTMT-yə üzv dövlətlərin hərbi kəşfiyyat güclərinin ikigünlük birgə «Axtarış-2017» təlimləri başa çatıb.

«Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, o, təşkilatın nizamnaməsinə və başqa normativ-hüquqi sənədlərə uyğun olaraq, müstəqilliyin müdafiəsi və təşkilatın üzv dövlətlərinin ərazi bütövlüyü üçün nəzərdə tutulub. Bu, dövlət rəhbərliyinin müraciəti üzrə olur və qərar KTMT-nın Şurası tərəfindən qəbul edilir.

Əgər dövlətlərdən birinə real kömək lazım olacaqsa, onda kollektiv güc qoşunları gəlməyə və kömək göstərməyə hazır olacaq... Və Ermənistanda da şübhələr olmamalıdır. Bizdə 20 mindən çox yüksək səviyyədə hazırlanmış hərbi qulluqçu var. Bunlar əsasən, xüsusi təyinatlı bölmələrin hərbi qulluqçularıdır. Burada dağ atıcılığı, desant-hücum, hava-desant birləşmələri, hissələri və bölmələri var, hansılar ki, qarşılarına qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər», - general Sidorov bildirib.

Qeyd edək ki, oktyabrın 9-dan 13-dək Ermənistanda Kollektivin sürətli operativ güc qruplaşmasının, eləcə də Ermənistan və Rusiya silahlı qüvvələrinin Birləşmiş qoşunlarının iştirakı ilə «KTMT-nın Qarşılıqlı təsir» adlı birgə təlimləri keçiriləcək.