vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
20:29 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 2114 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uşaqları sağlam qidalandırmağın 4 yolu

... Yaxud körpələr üçün xüsusi rejim formalaşdırmağın üsulları

Aydın məsələdir ki, bir valideyn kimi körpənizin və ya övladınızın qidalanması sizin üçün vacib məsələdir və ətrafda bu barədə həddindən artıq fərqli informasiyanın olması işi bir az qəlizləşdirə bilir. Uşaqların erkən yaşlarda yedikləri qidalar onların sonrakı həyatında pəhriz seçimlərinə təsir edə bilir, buna görə də qidalanma ilə bağlı sağlam vərdişlər formalaşdırmaq çox önəmlidir. Uşaqlar artıq gündəlik qidalanmaya başlayanda sizin həvəslə bişirdiyiniz yeməklərdən imtina edə bilər. Narahat olmayın, bu çox normaldır, lakin xüsusi bir rejim formalaşdırmaq daha önəmlidir. Biz sizə bir neçə yolla uşaqları sağlam qidalanmağa həvəsləndirmək üsullarından danışacağıq:


Süd məhsulları

Uşaqlar süd, qatıq və pendir kimi süd məhsullarından bir çox qidalandırıcı əldə edirlər. Bu qidalar kalsium ilə yanaşı, A, B12 vitaminləri, protein və digər minerallarla təmin edir. 2 yaşdan aşağı uşaqlar üçün tam yağlı süd çox önəmlidir, çünki aşağı yağlı südlərdə onlar böyümək üçün lazım olan vitamin və kaloriləri tapmaya bilərlər. 2 yaşdan sonra isə nisbətən daha az yağlı südə keçə bilərsiniz, çünki artıq körpələr müxtəlif yeməklər ilə qidalanmağa başlayır və çəki artırması adi prosesə çevrilir. Aşağı yaxşı südlərin önəmli xüsusiyyəti onların tərkibində tam yağlı südlərdə olduğu qədər kalsium olmasıdır.


Yağ və şəkər

Uşaqların böyümək və inkişaf etmək üçün müəyyən qədər yağa ehtiyac duyması sirr deyil, lakin həddindən artıq çox yağ məsləhət görülmür. Yağ, əzmələr və maye yağlar dadbilmə, hissiyyat kimi məsələlərə ciddi təsir edir. Kiçik yaşda aktiv uşaqların tez böyüməsi və lazım olan enerjini tapması üçün bu qidalar çox vacibdir. Yağlar həmçinin A, D, E və K vitaminlərinin orqanizmdə yayılmasını da təmin edir. Bəzi yağlar immun sisteminin möhkəmlənirilməsinə və beyin fəaliyyətinin inkişaf etdirilməsinə kömək edir. Belə yağlara balıq, qoz-fındıq, çiyid yağlarının tərkibindəki omeqa-3 aiddir.


Protein

Heyvani qidalardan olan ət, balıq, yumurta, süd, qatıq və pendirdə böyümək üçün ən vacib sayılan 9 cür amin turşusunun hamısı mövcuddur. Paxla və digər lifli bitkilər natamam protein sayılır və onlar digər qidalarla birgə qəbul edilməlidir. Belə qidalara mümkündürsə həftədə iki dəfə qızılbalıq və alabalıq kimi balıq çeşidlərini əlavə etmək müsbət təsir edər. Təzə, dondurulmuş və konservləşdirilmiş qidalar uyğun olsa da hisə verilmiş və konservləşdirilmiş qidalar duz ilə zəngin olduğu üçün onlardan uzaq qalmaq məsləhət görülür.


Meyvə və tərəvəz

Gün ərzində uşaqlara 5 porsiya meyvə və tərəvəz yedizdirə bilmək yaxşı başlanğıcdır. Porsiya onların yaşı, ölçüsü və fiziki aktivliyindən asılı olaraq dəyişə bilər. Ən sadə yolla bir porsiyanın uşaqların ovcu qədər olduğunu düşünmək mümkündür. Kivi, qarpız, üzüm, banan, bal, süd və yulafı qarışdıraraq yay aylarında ləzzətli bir smuzi hazırlaya bilərsiniz. Bunu sərin qəlyanaltı və yaxud da səhər yeməyi kimi uşaqlara təqdim edə bilərsiniz.