vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
KRİMİNAL, CİNAYƏT  
19:49 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 2634 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Okeanda kokain əməliyyatı

1 azərbaycanlı və 6 türk 3.7 ton narkotiklə həbs olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Atlantik okeanında keçirilmiş beynəlxalq hüquq-mühafizə əməliyyatı yedək gəmisində 4 tona yaxın kokainin aşkarlanması ilə nəticələnib.

Britaniyanın Cinayətkarlıq əleyhinə Dövlət Agentliyinin (NCA) yaydığı məlumata görə, NCA tərəfindən ötürülən məlumat əsasında keçirilmiş əməliyyat zamanı İspaniya rəsmiləri oktyabrın 1-də Madeyra ilə Azor adaları arasında İspaniya sahil xəttindən təxminən 643 km məsafədə olan «Thoran» adlı okean gəmisini saxlayıb.

Axtarış nəticəsində gəmidə 165 kokain paketi aşkar olunub.

Hər paketdə 23 kiloqram kokain tozu olduğu və aşkar olunmuş kokainin ümumi çəkisinin isə təxminən 3.700 kiloqram təşkil etdiyi bildirilir.

Narkotikin hansı ünvana aparıldığı naməlum qalsa da, qeyd olunur ki, aşkar olunmuş kokain Avropada satılsa idi, bundan əldə ediləcək gəlir 200 milyon funt sterlinq və ya 261 milyon dollardan çox ola bilərdi.

Gəminin heyəti altı Türkiyə vətəndaşı və bir Azərbaycan vətəndaşından ibarət olub.

Onlar İspaniya polis əməkdaşları tərəfindən həbs edilib.

Komor adaları bayrağı altında hərəkət edən gəmi oktyabrın 1-də İspaniyanın Cadiz limanına gətirilib.

Məlumata əsasən, əməliyyat NCA, İspaniya Gömrüyü, İspaniya Dövlət Polisi və İspaniya Mülki Qvardiyası tərəfindən birgə həyata keçirilib, və Lissabonda yerləşən beynəlxalq Narkotik əleyhinə Dəniz Əməliyyatları və Təhlili Mərkəzindən koordinasiya olunub.