vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
22:27 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 1199 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO PA-nın iclasında deputatlarımızın təklifləri qəbul edildi

«Qara dəniz regionunda sabitlik və təhlükəsizlik» adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Buxarestdə NATO Parlament Assambleyasının (PA) 63-cü illik sessiyası çərçivəsində qurumun komitə iclaslarının ikinci günü başa çatıb. «Report» xəbər verir ki, Təhlükəsizliyin mülki ölçü komitəsində almaniyalı xüsusi məruzəçi, deputat Ulla Şmidtin «Qara dəniz regionunda sabitlik və təhlükəsizlik» mövzusunda məruzəsi dinlənilib və qətnaməsi qəbul olunub.

İlk olaraq məruzə ətrafında Qara dəniz regionunda mövcud çağırışlar, münaqişə ocaqları, regionun inkişafını əngəlləyən problemlər və etnik münaqişələr barədə ətraflı müzakirələr aparılıb. Müzakirəyə təqdim edilən məruzə layihəsi ilə bağlı Azərbaycan tərəfi əsaslandırılmış təkliflərlə çıxış edib, məruzənin daha da təkmilləşdirilməsi məqsədilə bir sıra yazılı təkliflər təqdim olunub. Məruzəçi bu təkliflərin qənaətbəxş olduğunu bildirsə də, Azərbaycanın Qara dəniz sahilyanı dövləti olmadığını əsas gətirərək, bu təkliflərin gələcəkdə regionla bağlı hazırlanacaq məruzə layihəsində nəzərə alınacağını vurğulayıb. Daha sonra «Qara dəniz regionunda sabitlik və təhlükəsizlik» adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Region ölkələrindən Ukrayna, Moldova, Gürcüstan, Rumıniya, Türkiyə və Azərbaycan qətnaməyə bir çox təkliflər təqdim edib. Azərbaycan nümayəndə heyətinin irəli sürdüyü təkliflərdən bir neçəsi səsə qoyularaq qəbul olunub və layihənin mətninə daxil edilib. Lakin təhlükəsizlik və digər çağırışlarla bağlı ölkəmizə dair təkliflər Qara dəniz sahilyanı dövləti olmadığımız üçün qəbul edilməyib.

Məruzəçi isə öz növbəsində NATO PA-nın yaz sessiyasında regionla bağlı yeni qətnamə layihəsinin hazırlanacağını və orada bütün region ölkələrinin əhatə olunacağını qeyd edib. O vurğulayıb ki, Azərbaycanın verdiyi təkliflər həmin qətnaməyə əlavə olunacaq.

Müzakirələr zamanı bir sıra deputatlar tərəfindən Qara dəniz regionunun sabitliyi üçün region dövlətlərinin ərazi bütövlüyü və suverenliyinin əsas götürülməsi ilə bağlı fikirlər də qeyd olunub.

Qurumun siyasi komitəsinin iclasında isə portuqaliyalı məruzəçi, deputat Julio Miranda Calhanın «Cənubdan gələn çağırışlarla bağlı mübarizə» mövzusunda məruzəsi dinlənilib və onun təqdim etdiyi qətnamə layihəsi qəbul edilib. Məruzə və qətnamənin müzakirəsi zamanı İraqda və İspaniyada keçirilən referenduma avropalı parlamentarilər tərəfindən münasibət bildirilib. Çıxışlarda İspaniyada baş tutan referendumun və nəticələrinin qəbul edilmədiyi və qanunsuz keçirildiyi bildirilib. İraqda keçirilən referenduma gəldikdə isə avropalı deputatlar sözügedən referendumun nəticələrinin necə olacağını gözlədiklərini bəyan ediblər.

Sabah sessiyanın plenar iclası keçiriləcək. İclasda NATO baş katibi Yens Stoltenberq və Rumıniya prezidenti Klaus Yohannis çıxış edəcək. Sonda plenar iclasın yekun qətnaməsi qəbul olunacaq və qurumun növbəti yaz sessiyasına ev sahibliyi edəcək dövlətin adı açıqlanacaq.