vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
11:15 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2577 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yalan avazlı Eyvazov

Kənardan müdaxilə olmasaydı, …

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

389 gündür «Neftçi»də vitse-prezident işləyən, GÜNDƏLİK gəliri 500-700 manat arasında olduğu deyilən (rəsmi deyil – red.), burada olduğu müddətdə rəhbərlik etdiyi komanda 8 iştirakçı arasında 7-ci pillədən yuxarı qalxmayan Elnur Eyvazov müsahibə verib. «Qəbələ»ylə paytaxtdakı sınaq matçından (1:2) sonra ilk dəfə jurnalistlər arasına çıxan cavan oğlan bəzi maraqlı açıqlamalar verib.

SİTAT: «Biz gələndən çox adam deyir ki, «Neftçi» «qara zolağ»a düşüb. Nədənsə, bu zolaq çox enli və ya dərin olub. Hələ ki, ordayıq, çıxa bilmirik. Amma ümid işığı var ki, bir ildə çəkdiyimiz əziyyət öz bəhrəsini verəcək. Artıq vəziyyətimiz düzəlir. Son bir neçə matç göstərdi ki, oyunumuz alınmağa başlayıb. Bir qələbə vəziyyətin düzəlməsi demək deyil. Öncəki qarşılaşmalarda buraxdğımız qollardan sonra sərgidiyimiz futbol nəyəsə ümid etməyə əsas verir. Baş məşqçi postuna Tərlan Əhmədov gəlib, ümidimiz onadır. Peşəkar mütəxəssisdir. Daha əvvəl «Neftçi»də işləyib. Eyni zamanda vəziyyəti yaxşı olmayan AZAL-da çalışıb və nəyəsə nail ola bilib. İnanırıq ki, çox şey edəcək. Biz də rəhbərlik olaraq dəstəyimizi əsirgəmirik. Hər zaman onun yanındayıq. Nə lazımdırsa, edəcəyik».

Eyvazov bilmədən özü də etiraf edir ki, hələ çıxmadıqları, amma çıxmağa ümid etdikləri çuxurdan onları bir ildə çəkdikləri əziyyətlər yox, Tərlan Əhmədov çıxarır. Bu, həmin baş məşqçidir ki, onun təyinatını PFL prezidenti Ramin Musayev reallaşdırıb, indiki rəhbərlik yox. Yəni, kənardan müdaxilə olmasaydı, «Neftçi» o zolaqda hələ çox irəli-geri gedəcəkdi.

SİTAT: «Tərlan müəllim komanda ilə çox sayda məşqlər keçir. Elə günlər olur ki, iki məşqə çıxırlar. Bu da komanda ilə daha yaxından tanış olmaq üçün yetərlidir. Heyətə düşə bilməyən futbolçular bugünkü oyunda özlərini təsdiqləmək istəyirdilər. Hazırda bizim fiziki hazırlıq üzrə məşqçimiz yoxdur. Tərlan müəllim bu sahədə də komandaya köməklik edir. Fiziki məşqçi gözləyirik. Yəqin ki, gələn ay komandaya qoşulacaq. Fasilədə komandanı yığa bilərik. Yəni, müsbət yöndə köməyi dəyəcək».

Elnur bəyə biri başa salsın ki, danışdıqca öz eyiblərini açır. Əhmədovun 2 məşq keçməsi yenilik deyil, toplanış vaxtı belə də olmalıdır. Sadəcə, siz dünyadan bixəbərlər bilməmisiz ki, məşq prosesi necə olmalıdır? Bilsəydiz, bəlkə də Elxan Abdullayevin Avstriya toplanışında xurmalamasının səbəbini soruşardız. Hələ də gec deyil, öyrənin, onsuz da day-daylı adamlarsız, sizi postunuzdan tərpədən kimdir? Dayınız Cəbrayıl Cəbrayılov nə qədər ki, SOCAR-da vitse-prezidentdi, siz də burada kölgələnəcəksiz.

SİTAT: «Müşahidə Şurası mətbuat və azarkeşlər tərəfindən müzakirə predmeti idi. Deyirdilər ki, kluba futbolu bilməyənlər rəhbərlik edir. Əslində, «Neftçi» bir xalq komandası olduğu üçün Müşahidə Şurasının üzvləri də xalqdan seçilmiş intelligent, müəyyən təbəqənin üzvləridir. Onlar xalq komandasının yanında idilər. Sadəcə, elə fikir formalaşmışdı ki, məsələn, şuranın sədri Çingiz Abdullayev icra orqanıdır. Əslində isə elə deyil. Prezidentlik sistemini qaytarmaqla göstərmək istədik ki, məsuliyyət bizdədir. Müşahidə Şurası bizdən hesabat alır. İldə bir neçə dəfə toplaşıb, onlara hesabat veririk. Durum nədir, planlar hansıdır və s.»

Eyvazov cənabları, elədisə, zəhmət olmasa, deyin: Müşahidə Şurası axırıncı dəfə nə vaxt yığışıb, nə vaxt hesabat vermisiz? Rəsmi məlumatlarınıza inansaq, 2017-də cəmi bir dəfə hansısa yığıncaq olub, onun üstündən isə 8 ay keçib. 7-ci yerin hesabatından sonra sizə bir irad bildirən olmayıbsa, ya onların futboldan anladığı bir şey yoxdur, ya da siz Allahın bacısı oğlu.

SİTAT: «Fərqli sahələrdə Müşahidə Şurasının funksiyası tam başqadır. Məsələn, bank sistemində qərarverici, strategiyanı quran orqandır. Rusiyada və Türkiyədə futbol klublarında yer alan Müşahidə Şurasının üzvləri konkret, komandaya kömək göstərmək üçün fəaliyyət göstərirlər. Məsələn, üzvlərdən biri tikiş fabrikinin rəhbəri olur. Həmin şəxs komandaya bu yöndə dəstək olur. Rusiyada klublardan birinin Müşahidə Şurasında vilayət qubernatorunun müavini yer alıb. O, klubu bu istiqamətdə kömək edir. Başqa bir misal, logistikanı göstərə bilərəm. Kluba nəqliyyatla bağlı kömək edə bilər. Əslində, Müşahidə Şurası pis sistem deyil. Deməzdim ki, səhv idi, özünü doğrultmadı. Sadəcə, bu qurum komandaya dəstək, xalqla klubu birləşdirən körpü rolu oynayır».

Zəhmət olmasa, Azərbaycandan da misal gətirin. Görəsən, «Neftçi»dəki şuranın funksiyası nədir? Klub büdcəsindən maaş alıb, vaxt öldürənlər, sizin əməllərinizi ört-basdır edənlər yığını?

SİTAT: «Mən gələndən «Neftçi»nin maliyyə durumunda problem yoxdur. Stabil büdcəsi var. Futbolçular və digər işçilər maaşlarını vaxtında alırlar. Bəli, biz gələndə böyük borclar var idi. Məcbur olub kredit götürdük və həmin borcların əksəriyyətini bağladıq. Hardasa 20-30 faiz xarici futbolçulara borclar qalmışdı. Əksəriyyətinin də işi UEFA-da idi. Yəni, bu məsələləri həll etmək məcburiyyətində idik. Saşa Stamenkoviç, Emil Mpenza, Nikolas Kanales kimi futbolçulara borclar vardı. Böyük vəsaitlər idi. Hazırda büdcəmizin müəyyən hissəsini kreditin ödənilməsinə yönəltmişik. Bildiyiniz kimi, ilk vəzifəm icraçı direktorun maliyyə üzrə müavini idi. Vəzifəm ondan ibarət idi ki, bütün xərclərimizi maksimum optimallaşdıraq və A komandasına yönəldək. Hər bir quruma hesabat verməyə tam hazırıq. Çünki şəffaf sistemimiz var. Klubda nəğd pul ödənişləri yoxdur. Hamısı köçürmə üsulu ilədir. Görürəm, yazırlar, hansısa söz-söhbətlər gəzir. Bizdə paket maaş almaq gülməli söhbətdir. Maaşlar şəffaf formada kartlara köçürülür. Bu cür yazılara əhəmiyyət verməmək lazımdır».

Məsləhətiniz üçün sağ olun. Təbii ki, «konvert»lərlə bağlı deyilənlər sadəcə, təsdiq edilməsi çətin olan söz-söhbətdir. Amma zamanı gələndə bunların da hesabatını sizdən istəyəcəklər. Futbolçulara qalan borclarla bağlı qeydləriniz doğrudur. Bildiyimiz qədəri ilə borclar heç 2 milyon manatı keçməyib. Köhnə rəhbərlik sizə bu borclarla yanaşı, büdcədən kənar gələn vəsaitlər də qoyub getmişdi. Bu məbləğin yarısından çoxu avrokuboklarda iştiraka görə gələn puldan ödənildi. Qalanı üçün 4-5 milyonluq kreditə girməyə nə lüzum vardı? Aya 100 min manat ödəyirsizsə, bu, ilə 1,2 milyon deməkdi və 5 illik kredit götürdüyünüzü nəzərə alsaq, deməli, 5 qat artıq kreditə girmisiz. Əcəba, niyə? Bir də axı, Elnur Məmmədovun dövründə bu borclar bağlanmışdı, siz təmiz komandaya gəlmişdiz, niyə yalan danışırsız?

Yeri gəlmişkən, 3 futbolçuya qalan borcla təhvil aldığınız klubun əvvəlki rəhbərliyi də 4,5 milyon dollarlıq kəsiri bağlamışdı. Amma onlar səslərini çıxarmadan, kimisə ifşa etmədən o borcları ödəmişdi. Təkcə AFFA-nın baş katibi Elxan Məmmədovun şəxsən komandaya təqdim etdiyi baş məşqçi Hans-Yürgen Gedeyə 800 min dollara yaxın təzminat ödənilmişdi. Bildiyimiz qədər, o vaxt da təsisçilərlə klub arasında maliyyə məsələlərini tənzimləyən, indi Müşahidə Şurasının üzvü olan, «Neftçi»də 4 prezident görmüş Cəbrayılov idi. İnanmırsızsa, görəndə özündən soruşun. (futbolinfo.az)