vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
13:29 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2565 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

CAS-da 2 işə baxılır

«Traktor» klubunun FİFA-dakı 7 dosyesi qapanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasında (FİFA) Təbrizin «Traktor» klubu üçün problem yaradan 7 dosye qapadılıb. Bu barədə «Traktor» Klubunun İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən məlumat yayılıb.

«Klub FİFA-ya şikayət edən keçmiş məşqçi və oyunçularla onların tələbi ilə bağlı razılığa gəlib, sonra isə razılaşdırılmış məbləği ödəyib. Artıq Həmzə Yusif, Ayan Rəmzi və Ditmar Bikaya da olan borclar ödənilib», - deyə bildirilib.

Məlumatda həmçinin qeyd olunub ki, «son ödənişlərin qəbzi artıq kluba çatıb və bununla da FİFA-da olan 7 dosye qapadılıb, bundan sonra ödənişlərlə əlaqədar klubu heç bir təhlükə gözləmir».

«Kardoso və Aqusto Sezarın dosyesinə isə İdman Arbitraj Məhkəməsində (CAS) baxılır, proses başa çatdıqdan sonra müəyyən edilən məbləğ klub tərəfindən ödəniləcək», - deyə açıqlamada vurğulanıb.

Son vaxtlar dövlət tərəfindən heç bir dəstək almayan «Traktor» klubu bir çox maliyyə problemləri ilə üzləşib, Lakin vəziyyətin yaxşıya doğru dəyişdiyi qeyd olunur. Hazırda Azərbaycan komandası super liqa yarışlarında 10 xalla (imtiyaz) turnir cədvəlinin 8-ci pilləsindədir.