vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
20:06 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2845 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yenə də beşinci

5-ci pillə Azərbaycan millisi üçün doğmalaşıb

MÖVZU İLƏ ƏLAQƏLİ

DÇ-2018-in seçmə tsiklini 6 komanda arasında 5-ci yerdə başa vuran komandamız tarixində 7-ci dəfə bu mövqedə qərarlaşıb. AÇ-1996-dan beynəlxalq arenaya çıxan yığmamız 12-ci seçmə mərhələsini başa vurub. Bunların yarıdan çoxunda – 7-də isə yerimiz 5-ci olub.

Bundan başqa isə komandamız 1 dəfə 4-cü, 3 dəfə 6-cı, 1 dəfə 8-ci yeri tutub.
Başa çatan seçmə mərhələ əvvəlki tsikllərlə müqayisədə bəzi rekordlarla əlamətdar olub. Komanda tarixində ilk dəfə 3 qələbə qazanıb, ilk dəfə xal hesabı iki rəqəmli ədədlə ifadə olunub – 10 xal.
6 dəfə uduzan yığmamız tarixinin 2-ci nəticəsini təkrarlayıb. Yalnız DÇ-2014-də daha az – cəmi 3 dəfə uduzmuşduq.
Qol sayında isə rekord təkrarlanıb. AÇ-2012-də 10 qol vuran komandamız yenə eyni sayda qol vurub. Əvəzində son 3 mərhələ üçün antirekord sayda – 19 qol buraxılıb. Hərçənd əvvəlki 2 tsikldə bu rəqəm aşağı olub. Bu, ümumilikdə isə 5-ci nəticədir.
Top fərqi «-9» olan yığmamız ikinci göstəricini rəsmiləşdirib. Ən az məğlubiyyət aldığımız DÇ-2014-ün oyunlarında bu rəqəm «-4»ə bərabər idi. («Apasport»)

Turnir 

 O

 Q

 T

Yer 

Komanda 

AÇ-96 

10

0

1

9

2-29

1

6-cı 

6 komanda 

DÇ-98 

8

1

0

7

3-22

3

5-ci 

5 komanda 

AÇ-2000 

10

1

1

8

6-26

4

5-ci 

6 komanda 

DÇ-2002 

10

1

2

7

4-17

5

6-cı 

6 komanda 

AÇ-2004 

8

1

1

6

5-20

4

5-ci 

5 komanda 

DÇ-2006 

10

0

3

7

1-21

3

6-cı 

6 komanda 

AÇ-2008 

12

1

2

9

6-28

5

8-ci 

8 komanda

DÇ-2010 

10

1

2

7

4-14

5

5-ci  

6 komanda 

AÇ-2012

10

2

1

7

10-26

7

5-ci

6 komanda 

DÇ-2014

10

1

6

3

7-11

9

4-cü

6 komanda

AÇ-2016

10

1

3

6

7-18

6

5-ci

6 komanda

DÇ-2018

10

3

1

6

10-19

10

5-ci

6 komanda