vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
23:38 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2173 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiya gölünün fəsadları artır

Duz fırtınaları ətrafdakı bağları məhv edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya gölü böhranı dərinləşdikcə, gölün ətrafındakı canlıların həyatı təhlükə ilə üzləşir.

İran mətbuatında yayılan məlumata görə, gölün quruması nəticəsində əmələ gələn duz fırtınaları ətraf ərazilərdəki meyvə bağlarını məhv edərək sıradan çıxarmaqdadır. Əkin sahələri və otlaqlarda da eyni vəziyyətdir. Hətta ətraf kənd və qəsəbələrdə hevanlar üçün otlaq tapmaq ciddi bir problemə çevrilib.

Təbii ki, ətraf mühitə dəyən ziyan insan həyatına da təsirsiz ötüşmür, bölgədə astma, qan təzyiqi, göz və xərçəng xəstəliyi kimi halların artdığını rəsmi şəxslər belə etiraf edir.

«Fars» xəbər agentliyinin yaydığı şəkillər bölgədəki bağ və əkin yerlərinin hansı olduğunu göstərir.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani təxminən 4 il yarım öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmiya gölünün canlandırılması və Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılacağına dair vəd vermişdi. Artıq ikinci dəfə prezident seçilərək rəsmən fəaliyyətə başlayan H.Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib, Urmiya gölündə vəziyyət getdikcə pisləşir.