vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
11:45 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2306 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yəməndən Səudiyyəyə ballistik raket atıldı

Bu husilərin iyul ayından bəri törətdiyi ikinci insidentdir

MÖVZU İLƏ ƏLAQƏLİ

Yəmən ərazisindən Səudiyyə Ərəbistanına ballistik raket atılıb. Raket Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan dairəsinə düşüb. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Rəsmi Ər-Riyaddan yayılan məlumata dair hələ ki, şərh verilməyib.

APA bildirir ki, ballistik raketin Yəməndəki husi üsyançıları tərəfindən buraxıldığı ehtimal edilir. Bu ilin iyulunda Yəmən ərazisindən atılan raket Məkkə şəhəri ətrafında vurulub.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.