vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
13:03 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3395 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arıqlamaq üçün beş ən yaxşı məşq növü

İdman artıq çəkidən tez xilas olmağın ən sağlam üsuludur

MÖVZU İLƏ ƏLAQƏLİ

Daha çox kalori yandırmağın ən yaxşı yolu nədir? Uyğun məşq cədvəlini hazırlamaq üçün bir çox nüansı – bədənin ehtiyacı, məşqin maraqlı olması və onun orqanizmə təsirini diqqətə almaq lazımdır. Biz hamımız artıq çəkidən azad olmaq və formada qalmaq istəyirik. Bu, heç də asan bir hədəf deyil və çox cəhd və çalışma tələb edir. Biz budəfəki yazımızda ev şəraitində əlavə yağ kütləsindən azad olmağı asanlaşdıracaq bir neçə məşq formasını seçmişik. Bu beş məşq növü aşağıdakılardır:

  • Pillələri qaçaraq qalxmaq – qaçmaq kalori yandırmaq üçün əla vasitədir. Lakin pillə qalxaraq bunu etmək sizə 1 saat ərzində təxminən 819 kaloridən xilas olmağa imkan verəcək. Bu məşq növü orta və intensiv hesab olunub. Ürək döyüntüləri artır, əzələlər daha çox çalışır, orqanizm daha çox oksigenə ehtiyac duyur. Amerikan İdman Səhiyyəsi İnstitutu həftədə 5 gün 30 dəqiqə olmaqla orta intensivlikdə və yaxud da 3 gün 20 dəqiqə olmaqla yüksək intensivlikdə məşq etməyinizi tövsiyə edir. Bu məşqi rejiminizə əlavə edərək öz hədəflərinizə daha tez çata bilərsiniz.
  • Sürətli üzgüçülük – Üzgüçülük 1 saat ərzində 892 kalori yandırır. Üzdüyünüz zaman əzələlər və oynaqlar daha az əziyyət çəkir. Bu zaman bədənin aşağı hissəsi, diz və topuq daha çox çalışır. Lakin üst əzələlər qaçmaqda olduğundan daha aktiv işləyir. Qollar, çiyin əzələləri suyu yarmaq üçün intensiv çalışır və möhkəmlənir.
  • Taekvando – dünyanın ən qədim döyüş növlərindən biri olan bu intensiv idman növü 1 saat ərzində təxminən 937 kalori yandırmağa kömək edir. Döyüş sənətləri bir çox insan üçün əsas idman növünə çevrilib, bunun da əsas səbəblərindən biri də məşq prosesinin maraqlı və əyləncəli olmasıdır.
  • İplə tullanmaq – inanmaq çətin olsa da 1 saat ərzində iplə tullanmaq 1074 kalori yandırır. Xüsusilə ev şəraitində idman edənlər və qaçmağı xoşlamayanlar üçün bu əla seçimdir.
  • Sürətli qaçmaq – qaçmağın müsbət tərəflərindən biri də məşqdən sonra belə metobolizmə müsbət təsir etməsidir. Qaçmağı bitirdikdən sonra belə qısa müddətliyə də olsa kalori yandırmaq davam edir. Fərqli məsələlər və sürət seçimi şəxsi seçim və hazırlıq səviyyəsinə uyğunlaşdırıla bilər. Yeni qaçmağa başlayanlar üçün formaya düşmək vaxt aparır. Əsas məqsəd davamlı olaraq qaçmaq və sürət ilə məsafəni tədricən artırmaqdır.